4 il də işləyəcək, 1 il istirahət edəcək
"Liverpul”un
baş məşqçisi Yurgen Klopp gələcək planı barədə danışıb.
Kaspi.az
xəbər verir ki, Klopp hələ 4 il də "Liverpul”da qalmağı planlaşdırdığını
bidlirib. O, karyerasının sonunda Almaniyaya qayıtmaq niyyətində olduğunu
vurğulayıb:
"Karyeramın
sonunda Almaniyaya qayıtmağı qətiləşdirmişəm. Böyük ehtimalla, "Maynts”a. Yaxın
gələcək üçün plan?
4 il də
"Liverpul”da çalışmaq. Daha sonra isə 1 il istirahət etməyi düşünürəm. Həmin 1
ildə nə istəyirəmsə, onu da edəcəyəm.
Daha
sonra isə hansısa klubda və ya yığmada çalışmaq. Ola bilsin ki, heç işləmədim.
Beş il ərzində dünya çox dəyişə bilər”.
Klopp
"Liverpul”da 2015-ci ildən çalışır.