Oljas SÜLEYMENOV - 80

Oljas SÜLEYMENOV - 80

11 Aprel 2016, 10:14 1323
Oljas Süleymenovun səksən yaşı tamam olur. Nə az, nə çox mübarizələrlə keçən səksən illik təkrarsız bir ömür… Elə bilirəm, dünyaca ünlü Qazax şairini, elm adamını, ictimai xadimini və hər şeydən əvvəl dar gündə də, gen gündə də bizlərin - Azərbaycan Türklərinin dostunu oxuculara əlavə tanıtmağa ehtiyac yoxdur. Amma yenə də olsun.
Bu işıqlı adamla həyatımın müxtəlif mərhələllərində yollarımız kəsisəcəkdi? 1973-1975 illərdə Moskvada SSRİ Yazıçılar İttifaqının iki illik Ali Ədəbiyyat Kurslarında oxuduğum zamanlarda gərək mətbuatda, gərəksə də poeziya seminarlarında Oljas Süleymenovun adı tez-tez görünür, dilə gətirlirdi.
Bu mübahisələr sonrakı seminar günlərində də səngiməyəcək və nəhayət, növbəti görüşlərdən birinə Oljasın özünü dəvət edəcəkdik. Boyu iki metrə çatan, hardasa “Manas” dastanından çıxıb gəlmiş qəhramanlara bənzəyən Oljas sadəcə boyu-buxunu ilə deyil, dəmir məntiqi ilə də seminar iştirakçılarını heyran edəcək, verilən suallara tutarlı cavabları, Rusça oxuduğu şeirləriylə heyrət doğuracaqdı. Oljasla ilk tanışlığımız o poeziya seminarından başlayacaqdı…
Sonra həyat bizim hər-birimizi dünyanın müxtəlif güşələrinə atacaq, bir-birimizin uğurlarını uzaqdan-uzağa izləyəcəkdik. Qismət bizi yenidən Azərbaycan Yazıçılarının son qurultayında qarşılaşdıracaqdı…
Məni sevindirən odur ki, istər Azərbaycanda, istərsə də Türkiyədə Oljasın səksən illiyinə cidd hazırlıq gedir. Oljasın “Gil kitabı”nı və bir çox şeirlərini Türkiyə türkçəsinə tərcümə etmiş və türkçə yayınlanacaq “Kəlimənin sirri” və “Tarix öncəsi türklər” elmi kitablarını redaktə etmişəm..
Adını çəkdiyim və çəkmədiyim əsərlər onu deməyə imkan verir ki, Oljas gərək Türk Dünyası ədəbiyyatı, gərəksə də Türk Dünyası elmi üçün möhtəşəm işlər görür. Mənə və bizlərə düşən bu möhtəşəm türk övladına bundan sonra da böyük uğurlar diləməkdir.

İSTİ

Ah, bu necə qadın, əllərini yana açıb
tozlu alma ağacı altında
yuxuya dalmış,
xəfifcə çağlıyır su,
çiynənmiş yoncalıqda doymuş eşşək arısıdır uğultu salan,
günəş ləkələridir
köksü üzərində dolaşan.
Arx boyunca mənəm gedən yəhərdə
ah! Bu necə qadın yerə dəyir hörükləri...
Xəcalətlə ətrafa boylanır qoca at.
Günəşin ləkəsi əlinin içində...

BİZ

Mənim ilk nağıllarımı xatırlayırsanmı
narahat ana?
…Belə oldu... – Payıza qaldı dərstən
lənətə gəlmiş uşaq!
Məktəbdən dedilər sənə:
"Uşağınızı oxumağa məcbur edin".
Mənə gətirdiyin ilk kitabı xatırlıyırsanmı? Və başlandı.
Saatlarca qapının önündə bir kətildə oturmuşdun
dizinin üstündə tikdiyin tikiş…
və mən oxumağa çalışırdım.
Yay tətilində məktəb yoldaşlarım, dağ çayına dalır,
qayalara dırmanırlar...
Nağıllar, nağıllar.
…Üç gün boyunca, anam qapıda oturur, tikişlə uğraşmağa,
bacımı doyurmağa, layla deməyə
vaxt tapır.
Mən isə oxuyurdum,
igitlər haqqındakı kitapları
nəfəs dərmədən və sonra gülürdüm -
nağıl səsi zəng səsi olurdu.
... Bir il sonra, yastıq altında, saxlamışdım
qənimət əl fənərini və uzanaraq başıma çəkmiştim
qalın ədyalımı, oxuyurdum kitab rəfində nə varsa hamısını;
şeir, sözlük, bir dəfə anacığım “Kapital"la yaxalamışdı məni.

Kitapların dənizinə batmışdım, anam haray
qoparacaqdı bunu görüb: "Ay canım, bu qədər də kitab oxunarmı?
Yaxşı, gözün kitabçıqdan azmı dəyərli?"
Mənim gözəl anam, sevimli anam xatırla -
üzüyola, inadcıl oğlunu.

ÇÖLDƏ GECƏ

Şeh yoxdur,
İnanılası deyil, əlimin altında da şeh yoxdur.
Səssiz və soyuq qumda,
Üzlərdə və keçə üzərində də – şeh yox.
Üyüdülmüş daş dalğaları, bir saat kimi sakit,
Gecə yarısı ayın istisi altında fənikmiş.
Və şeh yoxdur.
Yalınayaq çaqqallar qum içində gülmədə,
Şeh yoxdur,
Ağaran saksaul ağacının skeleti bağırır:
- Şeh yoxdur,
Aliminum işığı çölün şişmiş köksünü aydınladır:
Və gözəllik də yoxdur.

İnsanlıq həsrəti
Qumluqlarda
bir damla şeh var
Ay soyuyur.
Doğan günəşdən üfüqün bağrı partlayır...
Və içəcək,
tənha insanın üzündəki şehi.

***

Bu sözlər gecələri doğarlar.
Gündüzləri duymazsan qəlb atışını.
Səssiz.
Rahat.
Siyah ağçalarda
Dəbdəbəli yuva hörər qar dənələri.
Talenin üzərinə yatar sürətli zaman
Səssiz yanvar ayının soyuq tozuyla.
...Bu gecə çıxma küçəyə.
Yatar saçlarına qarın girdabı.
Fərqinə varmazsan isti hörüklərinə
sıx hörülür soyuq ipliklər…
Şirinim, gəncliyim və ağ saçlım.
Qar yağır,
Qar yağır.
Qadağan edirəm sənə
Çıxma bayıra,
Yanağını yastığa gömüb də uyu,
Nəfəsimlə toxunaram hörüklərinə.
Pəncərəndə rüzgar artır.
Qırov əriyir,
Əriyir qırov…

***

Hardasan,
Bağçaların bolluğunda boğulan şəhər
Güneydə köpüklü dağlar
ləpədöyən dalğalardan yaranmış kimi
Yenə belə şəhərlər tapıla bilər əlbət
Harda ki, siyah vişnə rəngi xallı göy üzü
Harda ki, gecələri çatıların üzərində
Ay-xoruz
Qaranlıq hərəmdə
büllur cingiltiləriylə yerində sayar.
Şəfəqlər qoynunda qızılı üfüq
Yorğun, yuxusuz.
Bir-birinə xoruzlanıb qartallar
Səslər kəklikləri...
Asfaltda tənbəl qara kölgə -
Bu rüzgardır istehzayla dolaşır günəşin altında
Və beton divarların kölgələridir sallanan,
Dibsiz quyularda qısqanc bəlirtilər.
Almaata
Sənin buzluğunun yaxıcı bəyazlığı var,
Sənin nəhrindir qıdıqlayan Uçqun dağını.
Əlvida demə, Almaata
Əgər birisi bizdən öncə çağırdısa adını,
Mənim gərdanı bəyazım.

***

Ah, sən qürurlusan,
Amma sadəcə mənim yanımda.
Başqalarının yanında diqqətlisən, itaətkarsan.
İllər keçdi.
Onsuz da keçən illərdir.
Amma mənim üçün hələ qürurlusan.
Və bu yaxşıdı.
Sevə bilmirəm
başqalarının önündə duruşunu.
Və mən səni deyil, onları xor görürəm;
Onların önündə qürurlu görünmən üzür məni.
Eh, Qururlu ol,
Ən azından mənə elə davran,
İtaət etməni sevmərəm.
İllər keçir. Yenə keçəcək illər.
Bütün qürurun mənə qalacaq,
Qürurlu qal...

QUMDA NAR

Narın beyni şəffaf, qırmızı, qatı.
Budaqlarda böyük meyvələr.
Üzüntülü çöldə Tacik rübaisində olduğu kimi qızarır kol.
Və mən minlərcə ilin səssizliyində
otura bilərdim o kolun altında
zəncidən daha siyah bir halda baxa bilərdim göyə,
otura bilərdim dinlənməyə burada, hələ viran qalmamış
Mərvdən geri döndüyüm zaman.
Nar kəsilə bilər, satıla bilər,
Və yenidən böyüdülə bilər.
Bir incə boyunda yüz küçük qafa,
yüz qızıl cansıxıcı qol göy üzündə anidən qızarmada.
Ekvator kəməri ilə sıxılmış top,
birinin incə belinə uyğun gələ bilərdi, başqa birinin köksünə, çiyninə və s.
Amma burada boğazdan dar kəmər, qum, qum…
Sanki bütün mədənçilər bütün zamanlarda
boş qum daşımışlar buraya...
Baxaram qırmızı şirəyə
Çölün hərəkətlərindən yorğun düşüb,
Dadaram nar suyundan.
Qarşı gəlmək yox, etiraz yox
Nar rəngi,
sıx dənələrdən
sıxılmış su,
ancaq meyvənin içərisində
şirədən yaranan bir kölgə gizli
Açığı, çox yaxşı kəlmədir sərin!
Öz işləriylə məşğuldur qışlaq;
Pilovdu yeməkləri, dinləməz eşşəkləri,
öz özlərinə qulaq yoldaşıdır eşşəklər.

ƏN SADİQ DOST
A. M
Məndən soruşsanız işdi -
Həyatında çoxmu oldu dostun?
Dostum, mən səni xatırlayıb

düşünmədən verərəm cavabımı -
Olduqca çox!
Deyərəm ki -
O, dürüst və cəsurdur, amma bir az da zəif.
Onun tövürləriylə bəlirlənir yollarım.
Mənə yıxılmağa imkan vərmədin,
Nə zaman, üzümə şans gülər oldu.
Məni
məcbur etdin lağa qoymağa uğurlarımı. “Və yenə gərilmək
İnadına birisini döymək üçün
Lağ etmək olar – amma gərək deyil zamansız gülmək."
İrişdiyim zaman düşman dərdinə
Dodağına qonan bir təbəssümlə durdurdun məni.
Mənimlə çəkişmək istəmədin, yox…
Çəkingən qaldığım bir mövzuda da
gördün gərksizdi mübahisələr
Sən mənə sadəcə söydün.

Sənə yönələrəm sakit ürəklə
Çünki sən mənim ədalətim,
cəsarətim,
qürurum,
və gücüm.
Əzizim, dostlar qazandırırsan mənə,
Arayırsan yorulmadan onları ki,
İsti addımlarsız yol üşüməsin...

DOSTUN PORTRETİ

Nə zaman hirsli olsam
birisinin iftirasına, kobudluğuna,
özündən əmin həyasızlığına,
işığı belə lənətləməyə hazır olurum.
Amma mən ruhun haqlı durğunluğuna and içirəm.
Evə qaçaram...
Orada, masada – şəklidəki gözlər,
Dik pilləkənlərə ayaq basaram.
"Mənə keçən dəfə çox şey önərdin".
Ağardılmamış divarlarda buz soyuqluğu.
Qaçaraq çataram,
Sonra da duraram nəfəs almağa
Əzilmiş kepkamla silərəm alın tərimi,
Çalaram qapının zəngini
Bir daha, bir daha.
Mənə cavab verir yuxulu bir səs:
Körpənin səsi.
Hardakı kitablar durur,
Və yaxınında qədəh servizi,
Yazılmış kağızlar yığını,
Və oradan baxarsan mənə,
Və izləyərsən hər adımımı
bəxtiyar baxışlarınla.
Utanıram…
Kağız yığınının arasından boş bir vərəq arayıram.
Və bir qələm alıram, otururam, susuram.
Buna görən -
Yenidən gülümsəyirəm.
Və yata bilmirəm.

Tərcümə edən: Məmməd İSMAYIL