• cümə axşamı, 28 mart, 20:22
  • Baku Bakı 13°C

Zəncəfil cövhəri artrit olan xəstələrdə ağrının intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir

03.12.22 08:00 399
Zəncəfil cövhəri artrit olan xəstələrdə ağrının intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir

Zəncəfilin qida rasionuna daxil edilməsi osteoartrit simptomlarını yüngülləşdirməyə və iltihabı azaltmağa kömək edə bilər.

Artrit, hərəkətləri məhdudlaşdıraraq, oynaqlarda kəskin ağrıya və iltihaba səbəb ola bilər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu vəziyyətdən çıxmaq üçün dərman olmasa da, simptomları yüngülləşdirmək üçün üsullar mövcuddur.

Bir çox digər xəstəliklərdə olduğu kimi, pəhrizin artritə təsir edə biləcəyinə dair sübutlar var. Xüsusilə də, tədqiqatlar zəncəfilin bəzi fəsadların öhdəsindən gəlməyə necə kömək etdiyini göstərib.

Artrit hərəkəti çətinləşdirərək, ağrı və sərtliyə səbəb olaraq, oynağın hamar qığırdaq astarını parçalayır. O, əsasən əl oynaqları, dizlər, onurğaya təsir göstərir.

Tədqiqat çərçivəsində pasiyentlərə gündə iki dəfə ya zəncəfil cövhəri, və ya plasebo verilib, asetaminofenə isə fövqəladə dərman kimi icazə verilib. Qiymətləndirmədə iştirak edən 247 pasiyentdən nəzarət qrupu ilə müqayisədə zəncəfil cövhəri qəbul edənlər qrupunda ayaq üstə durma vəziyyətində dizdə ağrıların azaldığı respondentlərin faizi daha yüksək idi (müvafiq olaraq 50 faiz və 63 faiz).

banner

Oxşar Xəbərlər