• cümə axşamı, 25 aprel, 10:31
  • Baku Bakı 14°C

Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər

10.08.22 16:15 343
Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər

Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Göz quruluğundan əziyyət çəkən insanların saatlarla televizor, kompüter və telefona baxmağı məsləhət görülmür.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi feysbuk səhifəsində canlı yayım zamanı deyib.

“Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur. Eyni zamanda yuxu hormonunun ifrazında problem yaradır, uşaqlarda isə boy hormonunun inkişafına mane olur. Ümumiyyətlə uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidir.

Bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb. Yəni optikada təklif edilən şüadan qoruyucu eynəklər sizin fərdi seçiminizdir, lakin onun effekti düşündüyünüz kimi olmaya bilər. Ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidir.

Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb. Uşaqlar görmə səviyyəsi 10-20 faiz olana qədər zəif gördüklərini hiss etmirlər”.

banner

Oxşar Xəbərlər