• şənbə, 20 Aprel, 15:50
  • Baku Bakı 23°C

Uşağı tez-tez deyil, acanda yedizdirmək lazımdır

11.05.22 19:10 465
Uşağı tez-tez deyil, acanda yedizdirmək lazımdır

Bəzən uşağın ətli-canlı, kök olması valideynlərdə onun sağlam olması fikrini yaradır. Ona görə də bəzi analar uşaqlarını çox yedizdirməyə çalışırlar.

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayevin dediyinə görə, uşağın tez-tez yedizdirilməsi onun sağlam böyüməsi demək deyil: “Uşağın zorla, məcburi olaraq yedizdirilməsi düzgün deyil və sonrakı yaşlarda daha böyük problemə səbəb ola bilər. Valideyn tərəfindən uşağın müxtəlif üsullarla şirnikləndirərək yedizdirilməsi tamamilə yanlışdır. Hər bir uşaq acarkən gündə üçü dəfə ailə ilə bərabər süfrədə oturması daha yaxşıdır, bəzən ara yeməkləri də ola bilər. Bunu uşaqlara vərdiş etdirmək lazımdır”.

Doyandan sonra uşağa əlavə olaraq nəsə yedizdirmək doğru deyil. İştahası olmayan uşaqlarla əlaqədar həkim bunları deyib: “Uşaq nə qədər çox hərəkət etsə, fiziki yorğunluq olsa, o qədər də yeməyə çox ehtiyac duyacaq. Evdə oturan, fiziki hərəkətlər etməyən və ya az hərəkət edən uşaq acmayacaq ya zəif yeyəcək, ya da yeməkdən imtina edəcək. Ona görə ilk növbədə uşağın fiziki hərəkətli olmasına fikir vermək və uşağın yaşına uyğun olaraq hərəkət etmək lazımdır. Bir uşağın başqa bir uşaqla müqayisə edilməsi düzgün deyil”.

Ona görə də uşağın sağlam böyüməsi üçün onun tez-tez yedizdirilməsinə yox, özü istədiyi qədər yeməsinə üstünlük verilməlidir.

banner

Oxşar Xəbərlər