• çərşənbə, 24 Aprel, 07:58
  • Baku Bakı 13°C

Uşağa əmzik verilməsinin zərərli cəhətləri

30.01.23 17:53 485
Uşağa əmzik verilməsinin zərərli cəhətləri

Körpəni sakitləşdirmək üçün, qida arasında məmnuniyyət yaratmaq, yuxuya rahat şəkildə getmək və digər hallarda əmzik körpələrlə yanaşı valideynlərin də köməyinə çatır. Əmziklər 2-3 aydan bir yenisi ilə əvəz olunmalıdır. Əgər əzmik zədələnib və solğunlaşıbsa, onu dərhal dəyişmək lazımdır. Əmzikdən istifadə etmək körpələrin və valideynlərin seçimidir. Lakin buna baxmayaraq, onun istifadə müddətinə mütləq diqqət etmək lazımdır ki, uşağa zərəri olmasın.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: “Körpələrin maksimum dərəcədə əmzikdən istifadə etməsi məsləhət deyil. Körpə doğulandan sonra ilk saatlardan əmzik verilərsə, bu, sonradan ana südündən imtinaya gətirib çıxara bilər, çünki əmziklər bir qədər yumşaq olduğu üçün uşaq onu daha rahat əmir. Əmzik uşağın ağzından yerə düşür, ana onu götürərək silib yenidən körpəyə verir. Belə olanda əmzik özü bir infeksiya mənbəyinə çevrilir və körpə infeksiyanı oral yolla qəbul edir. Ona görə də gigiyenik cəhətdən də əmzikdən istifadə etmək məsləhət deyil. Elə hallar var ki, valideyn 1-2 yaşında uşağa əmzik verir. Bu, gələcəkdə dişçıxarma prosesində ağız quruluşunun formalaşmasına, dişlərinin yerlərinin dəyişməsinə səbəb olur. Alt çənədə dişlərin forması dəyişdiyi üçün uşaqda kosmetik cəhətdən də problem yaranır”.

Əmzik uşağa verilərkən heç vaxt şəkərə, mürəbbəyə, bala batırılmamalıdır, belə etmək uşağa əmziyin qidalanma mənbəyi olaraq qəbul etməsinə səbəb olacaq. Əmziyin bəzi mənbələrdə orta qulaq infeksiyasına səbəb olduğu bildirilir və körpə hər zaman ondan istifadə etməməlidir. Yuxuya gedəndə onun daimi istifadə vərdişi yaratmaması və eyni zamanda yuxunun keyfiyyətinə mane olmaması üçün onun ağızdan çıxarılması tövsiyə olunur.

Mütəxəssislər deyirlər ki, əmzikdən istifadə edən uşaqların stomatit, otit, ağız boşluğu iltihabları riski ondan istifadə etməyən körpələrlə müqayisədə iki dəfədən çoxdur. Bəzi uşaqlar hətta 3, 4, 5 yaşına kimi əmzikdən imtina etmir və bu, valideynlər üçün böyük problemə çevrilir.

banner

Oxşar Xəbərlər