cümə, 07 Oktyabr, 09:50

Baku Bakı 19°C

Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

icon 183 icon 16 avqust 2022 | 17:30 Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl ölüm və əlilliyin mühüm risk faktorlarından biridir.

AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, spirtli içki insan orqanizminə mənfi təsir edərək orqanların funksionallığını pozur. Nəticədə, sağlamlıqla bağlı ciddi problemlər yaranır.

Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında əlaqə var. Alkoqolun qəbulu ürəyin işemik xəstəliyi, beyin-damar və qaraciyər problemlərini inkişaf etdirir. Bu səbəbdən yaranan qaraciyərin piylənməsi, hepatit və sirroz ən geniş yayılan xəstəliklərdəndir.