• cümə axşamı, 28 mart, 18:48
  • Baku Bakı 13°C

Saç niyə tez ağarır?

15.07.22 18:00 785
Saç niyə tez ağarır?

Saçların erkən ağarması hallarına tez-tez rast gəlmək mümkündür. Bəzən saçların ağarması 20 yaşından əvvəl də ortaya çıxır. Yəni bu hal təkcə yaşla əlaqəli dəyişikliklər səbəbindən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər.

Kaspi.az tibbi saytlara istinadla bildirir ki, mütəxəssislər saçların piqmentasiyasına cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik, məsələn, mədə-bağırsaq problemləri, qaraciyər, böyrəklər, endokrin xəstəliklər səbəbindən melanin sintezindəki yavaşlama nəticəsində mümkündür.

Erkən ağarmanın səbəbi uzunmüddətli depressiya və ya irsiyyət də ola bilər. Həddindən artıq sıx elastik bantların və saç vasitələrinin istifadəsi, sağlam qidalanmama və alkoqol içkilərdən normadan artıq istifadə bu problemin inkişafına səbəb olur.

Saçların erkən ağarmasına səbəb olan amili aradan qaldıraraq prosesi dayandırmaq mümkündür. Əsasən pəhrizdən və ya qidaya əlavə bioloji vasitələrdən istifadə edilir.

Melanin istehsalı B qrupu vitaminlər, pantenol, fol turşuları ilə stimullaşdırılır və sağlam saçlar üçün manqan, yod, dəmir, sink də lazımdır. Pəhrizdə bu maddələrlə zəngin olan balıq və dəniz məhsulları, pendir, paxlalılar, toyuq, badam və tərəvəz kimi qidalar olmalıdır.

Eyni zamanda, ağ tükləri qoparmaq və ya qırmağa dəyməz, çünki bu folikul travmasına və hətta keçəlliyə səbəb ola bilər.

banner

Oxşar Xəbərlər