çərşənbə axşamı, 09 avqust, 12:22

Baku Bakı 27°C

Reyhan və tərxun qan təzyiqini nəzarət altında saxlamağa kömək edir

icon 89 icon 06 iyul 2022 | 10:45 Reyhan və tərxun qan təzyiqini nəzarət altında saxlamağa kömək edir

Göyərtilər əsasən yeməklərə dad vermək üçün istifadə olunur, onlardan hər biri yeməyə özünəməxsus ləzzət gətirir. Lakin, onlar sağlamlıq üçün də faydalı ola bilir. Bəziləri hətta potensial ölümcül vəziyyətlərin qarşısını almağa kömək edə bilir.

Yüksək qan təzyiqi ürək tutması və insult kimi ciddi problemlərin riskini artırır. Hipertoniya, qan damarlarındakı təzyiqin qeyri-adi dərəcədə yüksək olması deməkdir. Qan təzyiqini nəzarətdə saxlamaq üçün qəbul edilə bilən dərmanların olmasına baxmayaraq, bir çox insan üçün pəhriz və fiziki məşğələlər kimi həyat tərzinin dəyişdirilməsi müsbət təsir göstərə bilər.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, kardioloq Oleq Varfolomeyevin sözlərinə görə, qida rasionuna sadəcə iki göyərti əlavə etməklə qan təzyiqini nəzarətdə saxlamaq olar.

“Qan təzyiqini aşağı salmağın bir neçə üzvi yolu var, məsələn, normal qan təzyiqini saxlamağa kömək edən qida əlavələri və ya tərkibində kalium olan qidaların qəbul edilməsi. İnsanlar çox vaxt göyərtini dəyərləndirmirlər, reyhan və tərxun isə həm dadlıdır, həm də kaliumun qəbulunu aktiv şəkildə yaxşılaşdırırlar”, - deyə həkim vurğulayıb.

Kalium qan təzyiqini aşağı salır, çünki natriumun bədənə təsirini azaldır.

“Kalium, həmçinin qan damarlarında gərginliyi azaltmağa kömək edir, bu da qan təzyiqinin daha da aşağı düşməsinə səbəb olur. Pəhriz vasitəsilə kaliumun artırılması qan təzyiqi 120/80-dən yuxarı olan və əsasən sağlam olan yetkinlər üçün tövsiyə olunur”, - deyə həkim bildirir.

Balanslaşdırılmış və sağlam pəhrizdən əlavə, banan kimi qidalar təkcə qidalandırıcı deyil, həm də yüksək qan təzyiqi və ürək xəstəliyi riskini azaldan kalium və liflə zəngindir.