cümə, 01 Iyul, 23:22

Baku Bakı 28°C

Radiasiya Altsheymer xəstəliyinin artmasına səbəb ola bilər

icon 166 icon 30 aprel 2022 | 10:00 Radiasiya Altsheymer xəstəliyinin artmasına səbəb ola bilər

Amerikada Altsheymer xəstəliyi ilə bağlı tədqiqatları ilə məşhurlaşan professor Martin L. Pall Wi-Fi texnologiyasındakı radiasiyanın Altsheymer hallarının artmasına səbəb ola biləcəyini deyib.

Vaşinqton Dövlət Universitetinin dosenti Martin L. Pall "Current Alzheimer's Research" jurnalındakı məqaləsində radiasiya və Altsheymer xəstəliyinin başlanğıcı arasında yeni bir əlaqə tapdığını açıqlayıb.

AZƏRTAC “Current Alzheimer’s Research” jurnalına istinadla bildirir ki, M.L.Pall radiasiyaya məruz qalan beyin hüceyrələrində ləngimə halının müşahidə edildiyini və bunun Altsheymer xəstəliyini yarada biləcəyini söyləyib: “Radiasiya beyindəki kalsium səviyyəsini yüksəldir. Bu da çox erkən yaşlarda baş verəcək Altsheymer xəstəliyi kimi bir kabusa səbəb ola bilər. Wi-Fi texnologiyasındakı radiasiya insan bədənində güclü elektrik və maqnit qüvvələri yaradır. Bu da insan sağlamlığı üçün çox təhlükəli bir haldır”.

Tədqiqatçılar xəbərdarlıq edir ki, hər gün davamlı olaraq Wi-Fi şüalanmasına məruz qalan gənclər demensiya problemi ilə üzləşə bilər.

“Study Finds” tədqiqat təşkilatı da radiasiyaya məruz qalan işçilərin Altsheymer xəstəliyinə tutulma ehtimalının daha yüksək olduğu barədə məlumat paylaşıb.