• cümə, 19 Aprel, 18:58
  • Baku Bakı 24°C

Qrip infeksiyası ürək-damar xəstələri üçün təhlükəli ola bilər

07.01.23 18:45 571
Qrip infeksiyası ürək-damar xəstələri üçün təhlükəli ola bilər

Avropa Kardiologiya Cəmiyyətinin Kəskin Ürək-Damar Xəstəlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü, professor Bülent Görenek mövsümlə əlaqədar yayılan qrip infeksiyalarının ürək-damar xəstələri üçün təhlükəli olduğunu deyib.

AZƏRTAC medimagazin.com-a istinadla bildirir ki, Türkiyənin Əskişəhər Osmanqazi Universiteti Tibb fakültəsi Kardiologiya kafedrasının müəllimi B.Görenek havaların soyuması ilə bağlı qripə yoluxma hallarında artımın müşahidə edildiyini vurğulayıb. İnfeksiyanın ürək-damar problemindən əziyyət çəkənlər üçün təhlükəli olduğunu qeyd edən professor deyib: “Bu infeksiyalar təəssüf ki, ürək xəstələrinə mənfi təsir göstərir. Bəzən infeksiyalara görə ürək ritminin pozulması kimi hallar müşahidə edilir. Bunlar adətən ürəyin atriyalarında əmələ gəlir. Əgər xəstədə ürək çatışmazlığı problemi varsa, qrip vəziyyəti daha da ağırlaşdıra və infarktolma riskini artıra bilər. Soyuq havalarda belə xəstələrin immun sistemini gücləndirəcək qidalar istehlak etməsi, eyni zamanda virusdan qorunmaq üçün maska taxması məsləhətdir".

banner

Oxşar Xəbərlər