• bazar ertəsi, 02 dekabr, 00:30
  • Baku Bakı 8°C

Pomidor turşusundan zəhərlənmə zamanı botulizm adlandırılan təhlükəli proses baş verir

20.03.23 11:15 569
Pomidor turşusundan zəhərlənmə zamanı botulizm adlandırılan təhlükəli proses baş verir

Novruz süfrəsini daha çox şəkərli, karbohidratlı təamlar bəzəyir. Əgər qəbul edilən içkilərin siyahısına alkoqollu məhsullar da qoşulursa, bu, o deməkdir ki, mədəaltı vəzi bayramda çox ağır iş rejimində işləyəcək. Həmin pasiyentlərdə pankreatit riski artır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayımda deyib.

Mütəxəssis bildirib ki, bayram günlərində qida və alkoqol zəhərlənmələrinə də rast gəlinir: “Qida və ya alkoqol qəbulundan ilk 2-4 saat ərzində qusma, ishal, halsızlıq, baş gicəllənməsi, üşütmə kimi əlamətlər meydana çıxarsa qida toksiki və ya alkoqol zəhərlənməsindən şübhələnmək, vaxt itirmədən dərhal həkimə və ya təcili tibbi yardım stansiyasına müraciət etmək lazımdır. Alkoqol zəhərlənməsi zamanı ev şəraitində bol maye və ya aktivləşdirilmiş kömür kimi absorbent kimi maddələr istifadə oluna bilər.

Ən çox turşu zəhərlənməsi pomidor turşusundan olur. Zəhərlənmə zamanı botulizm adlandırılan təhlükəli proses qeydə alınır. Alatoran görmə, nitqin pozulması, qusma kimi hallar müşahidə edilərsə, vaxt itirmədən dərhal mütəxəssislə əlaqə saxlamaq və ya təcili tibbi yardım stansiyasına müraciət edilməlidir”.

banner

Oxşar Xəbərlər