cümə, 07 Oktyabr, 10:33

Baku Bakı 19°C

Piylənmənin əsas səbəbləri

icon 170 icon 15 avqust 2022 | 13:00 Piylənmənin əsas səbəbləri

Piylənmə müasir dövrün ən aktual problemlərindən biridir. Kişilərlə müqayisədə qadınlar piylənmə probleminə 2 dəfə artıq məruz qalır. Artıq çəkinin yarandığı kritik dövr 30-60 yaş arasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspertlərinin fikrincə piylənmə peşə, sosial, milli, cinsi və yaş qrupundan asılı olmayaraq, planetimizin milyonlarla əhalisini əhatə edən qlobal problemdir.

Kaspi.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, artıq çəkili insanlar normal bədən kütləsinə malik şəxslərə nisbətən hipertoniyadan, stenokardiya və ürəyin işemik xəstəliyindən daha çox əziyyət çəkirlər. Belə pasiyentlərdə ciddi fəsadların yaranması riski yüksəkdir.

Piylənmə əksər hallarda orqanizmə qida vasitəsilə daxil olan enerji ilə onun sərfi arasındakı balanssızlıq nəticəsində yaranır. Bədəndəki artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Bu xəstəliyin 90 faizi qida qəbulu, 5 faizi isə metabolik problemlər ilə bağlı olur. Piylənmənin əsas səbəblərindən biri də normadan artıq yüksək kalorili qidalar qəbul etmək və hərəkətsizlikdir.