• cümə axşamı, 25 aprel, 07:35
  • Baku Bakı 14°C

Parafinlə aparılan müalicənin faydası

13.08.22 01:15 410
Parafinlə aparılan müalicənin faydası

Müasir dövrdə parafin osteoxondroz, oynaq və bel ağrıları tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. Tərkibində kimyəvi maddələr olmayan parafin dərini nəmləndirir və hamarlaşdırır. Prosedur yalnız əridilmiş parafinlə aparılır. Maye halını aldıqdan sonra dəriyə sürtülür və tez zamanda quruyur. Hava keçirmədiyinə görə dəriyə istilik verir, qan dövranını gücləndirir və dərini daha da elastikləşdirir.

AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Şam formasında olan parafin əridilir və əriyəndən sonra kürək nahiyəsinə çəkilir. Onun boyun və onurğa üçün çox böyük faydası var. Parafin qan dövranını yaxşılaşdırır, əzələni yumşaldır. Osteoxondroz zamanı xüsusilə yaxşı təsir göstərir, dirsəklərdə və diz qapaqlarındakı iltihabı aradan qaldırır”.

Parafindən istifadə edilməsi proseduru təxminən yarım saat davam edir. Onun çəkilməsi məhv olmuş hüceyrələri aradan götürür və dərini canlandırır. “Parafin sürtüləndən sonra xəstənin üstü örtülür, işığa verilir, 10-15 dəqiqə qalandan sonra bədən yumşalır, bundan sonra edilən masaj çox rahatlıq verir. Osteoxondroz, boyun ağrısı, bel ağrısı və duzlaşma olduqda masajdan sonra onun üzərindən yenə müalicə proseduru aparılır”,- deyə həkim-fitoterapevt bildirib.

İstənilən nəticənin əldə edilməsi üçün müalicə proseduru azı 10 gün davam etməlidir.

banner

Oxşar Xəbərlər