• şənbə, 20 Aprel, 13:04
  • Baku Bakı 23°C

Oruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər

27.03.23 15:43 323
Oruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər

Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidalardan istifadə edilməsi immunitetin zəifləməməsi üçün çox vacibdir. Mütəxəssislər bildirirlər ki, kortəbii qidalanmaq mədə üçün təhlükəlidir. Səhər oyananda iki stəkan su içmək olduqca vacibdir. Həmçinin orucu açarkən xurmadan da istifadə olunmalıdır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova bununla əlaqədar deyib: “Ramazan ayında oruc tutanlar yuxu rejiminə, qida rasionuna, maye qəbuluna çox diqqətli yanaşmalıdırlar ki, gün ərzində xroniki yorğunluqla üzləşməsinlər. Oruc tutanların çoxunda baş ağrıları, başgicəllənmə, ümumi yorğunluq, halsızlıq, diqqət pozulmaları və s. əlamətlər müşahidə olunur. İmsak vaxtı bir qədər yüngül qidalar qəbul olunmalıdır, iftarda isə kalorili, vitamin və minerallarla zəngin olan qidalardan istifadə etmək lazımdır ki, gün ərzində ac qaldığı müddətdə fiziki və zehni yorğunluq yaranmasına səbəb olmasın”.

Ramazan ayında gecə yemək yeyib imsaka oyanmayanlar bilməlidirlər ki, bu immun sisteminə mənfi təsir göstərir.

banner

Oxşar Xəbərlər