• şənbə, 20 Aprel, 02:15
  • Baku Bakı 15°C

Orta Asiyaya nəzarət etmək uğrunda yeni savaş - Özbəkistan hakimiyyəti sınaq qarşısında

04.07.22 20:21 1089
Orta Asiyaya nəzarət etmək uğrunda yeni savaş - Özbəkistan hakimiyyəti sınaq qarşısında

Özbəkistan Türküstanın mərkəzində yerləşib, bir zamanlar imperiya mərkəzi olub. Başqa sözlə ölkə qədim tarixə, mədəniyyətə və dövlət ənənələrinə malikdir. Özbəkistan bolşevik Rusiyasına qarşı uzun müddət silahlı müqavimət göstərib. Basmaç hərəkatı deməyə əsas verir ki, Özbəkistanda etiraz etmək, barışmamaq ənənəsi də var. Ancaq bu ənənə bəzən ümumi məsələlərə ziyan vurur...

Son 34 ildə ölkədə 16-17 il ara ilə 3 böyük etiraz aksiyası baş verib. 1989-cu ilin may-iyun aylarında Fərqanə vilayətində özbək türkləri ilə ahıska türkləri arasında münaqişə yaranıb. Buna “Fərqanə qırğınları”da deyirlər. Hadisələr keçmiş SSRİ-nin mövcudluğunun son illərinə təsadüf edirdi. Hadisənin alıcı ahıska türkü ilə satıcı özbək türkü arasındakı mübahisədən başladığı iddia olunurdu. Özbəkistanın ovaxtkı Kommunist Partiyasının yaratdığı komissiyanın məlumatına əsasən, qanlı hadisə nəticəsində 52-si ahıska, 36-sı özbək olmaqla 103 nəfər ölmüş, 1011 nəfər isə yaralanmışdı. 757 yaşayış evi, 27 dövlət obyekti, 275 nəqliyyat vasitəsi dağıdılıb və yandırılmışdı.

Həmin qırğından sonra Ahıska türklərinin yeni köçü başladı.

Bu dəfə onları 1944-cü ildə sürügün edildikləri Gürcüstana və Krıma deyil, Rusiya və Azərbaycanın müxtəlif bölgələrinə köçürdülər. Hadisənin əsasında keçmiş SSRİ-nin təhlükəsizlik orqanlarının dayandıdğı istisna olunmurdu. Qızışdırılmasına görə bunu bəzən Sumqayıt hadisəsi ilə də müqayisə edirlər. Bununla Özbəkistanda türklər arasında düşmən toxumu səpillirdi. Çünki zəifləyən sovetlərə Orta Asiyada türklərin birləşməsi heç sərf etmirdi. Bunun üçün hərəkatı qabaqlayaraq, onları düşmən etmək daha faydalı sayılırdı. Odur ki, Özbəkistan cəmiyyətinin parçalanması vacib idi.

Sonrakı hadisələr münaqişənin məişət zəminində deyil, daha dərin köklərinin olduğunu təsdiqlədi. Növbəti hadisə 2005-ci ilə mayın 12-13-də baş verdi. Ölkənin Əndican vilayətinə yeni təyin edilən yerli hakimiyyət nümayəndələrinin iş adamlarına qarşı kobud davranışı, ayrı-seçkilyi aksiyaların başlaması səbəbi olaraq göstərilir. Rəsmi məlumata görə, aksiyalar nəticəsində 27-si hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla 187 nəfər ölmüşdü. Beynəlxalq hüquq müdafiəçilərinin məlumatına əsasən, hadisə nəticəsində 800-dən çox iştirakçı həyatını itirib. Məlumatalara əsasən, etiraz aksiyası gülləbaran edilib.

Hərbi gücdən istifadə olunub. Bu iki hadisə indiyədək obyektiv araşdırılmayıb. Yeri gəlmişkən, Əndican hadisəsi Özbəkistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yenidən qayıtmağa məcbur edib. Özbəkistan 1999-2006-cı illərdə bu qurumdan çıxmışdı. Məlum hadisədən sonra yenidən KTMT-yə üzvülüklə bağlı müraciət etmişdi. 2012-ci ildə ölkə rəhbərliyi bu hərbi təşkilatdan yenidən çıxmaq üçün müraciət etmişdi. Həmin il iyunun 28-də Özbəksitan KTMT-dən rəsmən çıxmış elan olundu.

Bu hadisədən 10 il sonra 2022-ci il iyulun 1-də Özbəkistanın Qarakalpaqıstan Respublikasının paytaxtı Nukusda və başqa şəhərlərdə konstitusiyaya əlavə və dəyişikliklərə etiraz aksiyası keçirilib. Rəsimi məlumata əsasən, aksiya nəticəsində 18 nəfər ölüb, 243 nəfər isə yaralanıb. Aksiya iştirakçıları mövcud konstitusiyada Respublikanın Özbəkistanın tərkibindən çıxması şərtlərinin və suverenliyinin məhdudlaşdırıldığını bildiriblər. Fəaliyyətdə olan konstitusiyaya əsasən, 70-ci maddədə bildirilib:

“Suveren Qaraqalpaqıstan Özbəkistan Respublikasına daxildir. Qaraqalpaqıstanın Suverenliyi Özbəkistan Respublikası tərəfindən qorunur”.

Təklif olunan dəyişiklik isə belədir:

“Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasına daxildir. Özbəkistan Respublikasının Konsituitutsiyası və qanunvericiliyi Qaraqalpaqıstan Respublikasının bütün hüquq və azadlığına təminat verir”.

Movcud Əsas Qanunun 74-cü maddəsində göstərilib:

“Qaraqalpaqıstan Respublikası Qaraqalpaqıstan xalqının ümumxalq səsverməsi yolu, referendum əsasında Özbəkistan Respublikasının tərkibindən çıxmaq hüququna malikdir”.

Dəyişiklikdə isə bu maddə belə təqdim olunmuşdu:

“Özbəkistan Konstitusiyasına və qanunlarına, Qaraqalpaqıstan Respublikasının Konstitusiya və qanunlarına uyğun olaraq Qaraqalpaqıstan Respublikasında öz ərazisində qanunverici, icraedici və məhkəmə hakimiyyəti fəaliyyət göstərir. Qaraqalpaqıstan Respublikası Joqork Keneşin sədri Qaraqalpaqıstan Respublikasının ali vəzifəli şəxsi sayılır”.

Yeni layihəyə əsasən, Prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılır və Şavkat Mirziyoyevin hazırkı Prezidentliyi müddəti sıfırlanır. Onun növbəti müddətlərə prezident seçilməsi üçün hüququ baza yaradılır. Etraz aksiyalarından sonra Prezident Şavkat Mirziyoyev Qaraqalpaqıstanla bağlı dəyişiklərin ləğv edilməsi barədə göstəriş verib. Bununla belə vəziyyət gərgin olaraq qalır. Bu suveren respublikanı niyə qarışıb? Kimdir onu qarışdıran?

2 milyona yaxın əhalisi olan bölgənin sakinləri Karakalpak türküdür. 1924-cü ildən muxtar respublika kimi 1930-cu ilədək Qazaxıstanın tərkibində olub. Sonra 1936-cı ilədək Rusiya Sovet Sosialist Federativ Respublikasına daxil edilib. 1936-cı ildən isə Özbəkistanın tərkibindədir. Özbəkistanda son 34 ildə baş vermiş 3 hadisəyə əsasən demək olar ki, Qaraqalpaqıstan hadisəsi də müəmmalıdır.

Qeyd edək ki, 2022-ci ilin yanvarında Qazaxıstanda etiraz aksiyalar baş vermişdi. Həmin nümayişləri yatırtmaq üçün ölkə Prezidenti KTMT qüvvələrini ölkəyə dəvət etmişdi. Onda Şavkat Mirziyoyev və Özbəkistanın Xarici İşlər Nazirliyi bu addıma qarşı çıxmış, buna ehtiyac olmadığını bildirmişdi. Onda Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəksitanı hədələyərək oxşar hadisədən qonşu dövlətlərin sırğıortalanmadığını bildirmişdi. Şavkat Mirziyoyev ona cavabında Özbəkistanın daxilində istənilən böhranı aradan qaldırmaq üçün qüvvəsinin olduğunu vurğulamışdı.

Rəsmi Daşkəndin son zamanlar Türkiyə və Azərbaycanla münasibətləri genişləndirmək istiqamətində atdığı addımlar, regionda yaranan vəziyyət, Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıması, habelə bu kimi başqa addımları ölkəni yenidən iğtişaş yaratmaq istəyənlərin hədəfinə çevirib. Bu baxımdan KTMT -yə münasibətinə görə Rusiya yaranmış vəziyyətdən yararlana bilər. Çünki bəhs edilən məsələnin həlli ilə bağlı qan tökülməsinə elə ciddi zərurət yox idi.

Bu yolla Qaraqalpaqıstanla Özbəkistan arasında qarşıdurmanın yaranmasını nail olmağa səy göstərilib. Nəzərə almaq lazımdır ki, Özbəkistan ərazisinin 40 faizinin Qaraqalpaqıstan təşkil edir. Suveren Respublika Özbəkistanın tərkibindən çıxacağı halda vəziyyət və regionda siyasi-inzibati xəritə dəyişə də bilər. Xatırladaq ki, sovetlər dönəmində Türküstanın bir hissəsində Tacikistan adlı respublika da yaradılıb. Bu ölkənin rəhbərliyi Özbəkistana qarşı ərazi iddiası ilə çıxış edir. Bu baxımdan Qaraqalpaqıstan hadisəsi Tacikistanın bu isiqamətdə fəallaşmasına təkan verər. Tacikistan Mərkəzi Asiyada Rusiyanın ən etibarlı müttəfiqidir. RF-nin bu ölkədə hərbi bazsı mövcuddur. Ukrayna hadisələri isə deməyə əsas verir ki, Rusiya keçmiş müttəfiq respublikaların ərazisində müxtəlif bəhanlərlə hərbi əməliyyat keçirə bilər.

Bu baxımdan Suveren Respublikadakı aksiyalar Özbəkistana Taciksitan istiqamətindən müdaxiləyə yardım edər. Belə bir hal isə Özbəkistanın siyasi xəritədən silinmnəsinə səbəb olar. Yeri gəlmişkən, bu Respublika ilə Qırğızıstan arasında sərhəd məsələsi ilə bağlı tez-tez silahlı münaqişə baş verir. Bundan başqa, Nukus hadisələrini Qazaxıstandakı olaylarla bağlı mövqeyinə görə rəsmi Daşkəndə “dərs vermək” kimi də qiymətləndirmək mümkündür. Ehtimal etmək olar ki, Prezidentin indiki fəaliyyət müddətinin sıfırlanması və növbəti illər üçün təkrar seçilməsinə şərait yaradılmasından diqqətin yayındırılması üçün Qaraqalpaqıstan hadisəsindən istifadə edilir.

Qazaxıstandakı hadisələrdən təxminən 6 ay sonra Özbəkistanda baş verənlər regionda vəziyyətin gərginləşcəyini ehtimal etməyə əsas verir. Nəzərə almaq lazımdır ki, Qazaxıstanın hadisələrin mərkəzi olmuş Janaozen şəhəri Qaraqalpaqıstan yaxındır. Çünki Orta Asiya Rusiyanın ən çox güvəndiyi ərazidir. Bu region karbohidrogen daşıyıcıları ilə zəngindir. Ona nəzarəti əldə etmək uğrunda da mübarizə davam edir...

Sədrəddin Soltan

banner

Oxşar Xəbərlər