• çərşənbə, 24 Aprel, 06:05
  • Baku Bakı 13°C

Onurğa xəstəliklərindən qorunmaq üçün ortopedik məhsullar çox vacibdir

03.05.23 19:15 507
Onurğa xəstəliklərindən qorunmaq üçün ortopedik məhsullar çox vacibdir

Son vaxtlar ortopedik ayaqqabı, yastıq, döşək, oturacaq, çanta və s. məhsullara tələbat artıb. Lakin ortopedik məhsulları, xüsusilə də ayaqqabıları yalnız həkim tövsiyəsi ilə almaq lazımdır. Gün ərzində bir neçə saat ayaqda olan ayaqqabı yeriş və qamətə ciddi təsir edir.

AZƏRTAC xəbər verir ki, vertebroloq Roya Musayeva deyib: “Skolioz və kifoz müasir dövrdə ən çox yayılan onurğa əyrilikləridir. Həmin əyriliklər zamanı köməkçi vasitə kimi ortezlərə müraciət edilir. Həmin ortezləri düzgün seçmək və onu hazırlamaq üçün mütəxəssisə müraciət etmək lazımdır. Ümumiyyətlə, yüngül formalı yastıpəncəliklərdə və ayağın daha rahat olmasında ortopedik ayaqqabılara ehtiyac var”.

Bəzən irsi və ya genetik xəstəliklərlə doğulan ilk addımlarını atan müddətdə, əksər hallarda isə 2-3 yaşlarından ortopedik ayaqqabılar məsləhət görülür. Balacalar üçün ortopedik ayaqqabılar satışda daha çoxdur. Məktəblilərə də dərs yükünün ağır, məktəb ləvazimatlarının çox olması ilə əlaqədar ortopedik çantaların alınması tövsiyə edilir. Bütün bunlar da gələcəkdə onurğa xəstəliklərindən qorunmaq üçün çox vacibdir.

banner

Oxşar Xəbərlər