• şənbə, 27 Aprel, 07:39
  • Baku Bakı 12°C

Onurğa ağrılarından əziyyət çəkənlərin mütəxəssisə müraciət etməyi tövsiyə olunur

10.08.22 15:15 474
Onurğa ağrılarından əziyyət çəkənlərin mütəxəssisə müraciət etməyi tövsiyə olunur

Əhalinin əksəriyyəti onurğa ağrılarından əziyyət çəkir, ya da heç olmasa bir dəfə bu problemlə qarşılaşıb. Qadınlarda və kişilərdə bu ağrılara təxminən eyni tezliklə rast gəlinir. Bel ağrısının intensivliyi uzunmüddətli ağrılardan çox kəskin və hərəkəti tam məhdudlaşdıran ani ağrılarla xarakterizə edilir. Onurğa problemləri ağrıların şiddətinə görə 3 yerə bölünür.

AZƏRTAC xəbər verir ki, bunu fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov öz feysbuk səhifəsində bildirib.

Həkimin sözlərinə görə, “Birinci növ qeyri-spesifik ağrılardır. Bu zaman onurğa ətrafı nahiyələrdə - dəridə, əzələdə, dərialtı piy qatında müəyyən problemlər olur. Onların yaratdığı ağrılar onurğa ağrısı kimi qəbul oluna bilər. Əslində onurğada heç bir ağrı yoxdur, sadəcə dəridə, əzələdə, dərialtı piy qatında müəyyən problemlər var.

İkinci tip ağrılar – radikulopatiya ağrılarıdır. “Radikulo” sinir kökü deməkdir, “patiya” isə patoloji proses mənasını verir. Bu, o deməkdir ki, pasiyentin onurğasında degenerativ dəyişikliklər var. Osteoxondroz, protruziya, disk yırtıqları və digər xəstəliklər zamanı pasiyentdə radikulopatiya ola bilər.

Üçüncü növ ağrılar onurğa beynində və daxili üzvlərdə olan patologiyalarla əlaqədar ağrılardır. Kiçik çanaq orqanlarında iltihabi proses var və bunun nəticəsində yaranan ağrılar çanağın arxa divarına ötürülür. Bu səbəbdən pasiyent bel-omba və sağrı nahiyəsində ağrı hiss edir. Bunu düzgün differensasiya edib, onurğa ağrılarından ayırd etmək mümkündür. Hər üç ağrı növündən əziyyət çəkən şəxslər gecikmədən mütəxəssisə müraciət etməlidir. Əks təqdirdə bu ağrıların ciddi fəsadları ola bilər”.

banner

Oxşar Xəbərlər