• cümə, 29 Mart, 10:28
  • Baku Bakı 5°C

Multitravmaya məruz qalanlara kömək göstərərkən ehtiyatlı olmaq lazımdır

02.07.22 20:30 556
Multitravmaya məruz qalanlara kömək göstərərkən ehtiyatlı olmaq lazımdır

Travma uzunmüddətli və ya ömürlük xəsarətə səbəb olan zədədir. Bir çox ölkələrdə multitravma termini işlədilir. Bu bədəndə ən azı iki üzvün zədələnməsi deməkdir. Onun müalicəsi müəyyən ardıcıllıqla aparılmalıdır.

AZƏRTAC xəbər verir ki, həkim-ortoped Kamil Eyvazovun dediyinə görə, eyni vaxtda bir çox travmaya məruz qalanlara kömək göstərərkən ehtiyatlı olmaq lazımdır: “Multitravma hovuz və çimərlik mövsümü vaxtı yüksəklikdən suya tullananda boyun nahiyəsində, kəllə əsasının qırıqlarına gətirib çıxara bilir ki, bu da xəstələrdə iflic və ya ani ölümə gətirib çıxara bilir. Daha çox dağlıq yerlərdən, ağacdanyıxılma nəticəsində qollarda, ayaqda, çanaq nahiyəsində qırıqlar, qarın nahiyəsində, döş boşluğu orqanlarında zədələnmələrlə təzahür edir”.

Onun dediyinə görə, əzilmə, burxulma, çıxıqlar zamanı zədələnən nahiyəni soyudaraq travmatik şokun qarşısını almaq mümkündür: “Qəza zamanı zədə alanların bir yerdən başqa yerə daşınarkən diqqətli olmaq lazımdır. Bəzi hallarda onurğa sütununda qırıq olduqda xəstənin qol və ayağından tutaraq nəqliyyat vasitəsinə daşınır və ehtiyatsız hərəkət edilməsi ikincili olaraq onurğa beynində və sinirlərdə zədələnmələrə səbəb olur”.

Boyun nahiyəsində ağrılar, qollarda yaranan uyuşmalar, aşağı ətraflarda zəiflik, keyimə, nəfəs darlığı kimi göstəricilər çoxsaylı travmaların əlamətləridir. Bu zaman ən vacib tövsiyə zərərçəkənin baş-boyun hissəsini hərəkət etdirmədən sərt və düz bir yerdə uzadıb təcili yardımı gözləməkdir.

banner

Oxşar Xəbərlər