cümə, 07 Oktyabr, 11:00

Baku Bakı 19°C

Koronavirusa qarşı mübarizədə immuniteti gücləndirən qidalara üstünlük vermək vacibdir

icon 106 icon 13 avqust 2022 | 03:15 Koronavirusa qarşı mübarizədə immuniteti gücləndirən qidalara üstünlük vermək vacibdir

Orqanizmin immuniteti aşağı olduğu zaman insan tez-tez xəstələnir. İmmunitet orqanizmin sahib olduğu bioloji müdafiədir. O orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, immunitet sistemi insan orqanizmini müxtəlif mənşəli infeksiyalardan qoruyur və bədəndə qoca, zədələnən hüceyrələri yeniləri ilə əvəz edir. Qeyri-düzgün qidalanma, stress, mənfi emosiyalar, hərəkətsizlik, təmiz havada az olmaq, yuxusuzluq və digər problemlər immunitet çatışmazlığına səbəb ola bilər. İnsan xəstələndikdə də immuniteti zəifləyir, məsələn, qrip virusları orqanizmin immun reaksiyasını dayandırır. Havanın müxtəlif kanserogenlərlə zəhərlənməsi immunitet sisteminə mənfi təsir göstərən amillərdəndir.

Dünyadakı bütün xəstəliklərin 80 faizi immun sisteminin zəifləməsi ilə bağlıdır.

Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immunitet sistemini gücləndirir. Eyni zamanda soğan və sarımsağın tərkibində olan fitonsidlər viruslara qarşı orqanizmi möhkəmləndirir. Limon, portağal və digər sitrus meyvələrinin tərkibindəki askorbin turşusu immunitet sistemi üçün faydalıdır.

Bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları qəbul edilir. Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, soyuq havalarda isə 1 ay müddətində vitaminlər qəbul edilə bilər. Lakin immun sistemini gücləndirmək üçün təbii qidaların istehlakı daha məqsədə uyğundur.

Mütəxəssislərə görə, bütün dünyada geniş yayılan koronavirusa qarşı mübarizədə immuniteti gücləndirən qidalara üstünlük vermək vacibdir.

Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi olaraq istehlak etmək lazımdır.