bazar ertəsi, 30 yanvar, 05:49

Baku Bakı 6°C

Kalium tərkibli qida məhsulları qan təzyiqini salmağa kömək edir

icon 103 icon 20 yanvar 2023 | 10:15 Kalium tərkibli qida məhsulları qan təzyiqini salmağa kömək edir

Hipertoniya adlanan yüksək qan təzyiqi o deməkdir ki, sizin ürəyiniz bütün bədəninizə qanı ötürmək üçün daha intensiv işləmək məcburiyyətində qalır. Bu təhlükəli ola bilər, onu müalicə etməsəniz, ürək böhranları və insultlar kimi ciddi və təxirəsalınmaz hallara səbəb ola bilər.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, yüksək tərkibdə duz pəhrizi əsas hipertoniya amillərindən biridir.

Bu, onunla bağlıdır ki, duz bədəni suyu saxlamağa məcbur edir, bu əlavə su isə qan damarlarının divarlarına təzyiq göstərir. Rasiona kalium tərkibli qida məhsullarının əlavə edilməsi qan təzyiqinin azaldılması üçün duzdan imtina edilməsi ilə müqayisədə daha səmərəli ola bilər.

Kaliumla zəngin qida məhsulları: pomidor püresi, maya, protein tozu, qızardılmış püstə, kişmiş, qarışıq quru meyvələr, gavalı, balqabaq toxumu, təzə cəfəri, səhər yeməyi üçün kəpəkli taxıl, badam yağı, banan.