• çərşənbə axşamı, 19 mart, 14:37
  • Baku Bakı 8°C

İranın Güney Azərbaycanı parçalamaq siyasəti - VİDEO

27.05.23 23:59 802
İranın Güney Azərbaycanı parçalamaq siyasəti - VİDEO

Güney Azərbaycanın inzibati-ərazi bölgüsündə vaxtaşırı dəyişikliklərin ayrı-ayrı təşəbbüslərin nəticəsi deyil, İran hakimiyyətinin məqsədli siyasətinin təzahürü olduğunu düşünməyə ciddi tarixi-ictimai əsaslar var. Belə ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra 280 min kvadrat kilometr ərazisi olan Güney Azərbaycan bu gün müxtəlif ostanlara parçalanıb və yalnız kiçik bir hissəsi Azərbaycan adını saxlayıb. Bu da son təqribən yüz ildə Güney Azərbaycan türklərinə qarşı ayrı-seçkilik və assimilyasiya siyasətinin bilavasitə nəticəsidir.

Bu barədə “Azad İran” “Youtube” kanalında təqdim olunan süjetdə bildirilir.

Bildirilir ki, pəhləvilərin hakimiyyətə gəldiyi 1925-ci ilə qədər Güney Azərbaycanın coğrafi bütövlüyü az-çox qorunub saxlanmışdı.

“Qacarlar dönəmində, 1907-ci ildə qəbul olunmuş “Əyalət və vilayətlərin təşkili qanunu”na əsasən,  İranda cəmi 4 əyalət vardı: Azərbaycan, Kerman və Bəluçistan, Fars və Xorasan. Azərbaycan əyaləti özünün iqtisadi, mədəni, elmi potensialına və coğrafi mövqeyinə görə aparıcı əyalət sayılırdı və ölkənin vəliəhdi bir qayda olaraq burada – Təbrizdə otururdu. Lakin Rza şahın dövründə – 1937-ci ildə 10-cu çağırış İran parlamenti inzibati bölgü haqqında yeni qanun qəbul etdi və İran ərazisi 6 ostana və 50 şəhristana bölündü. Həmin vaxtdan etibarən Güney Azərbaycan ərazisinin parçalanması siyasəti ardıcıl şəkildə həyata keçirildi.

Bu siyasət İslam Respublikası dönəmində də davam etdirildi. İnqilaba qədər ölkə ərazisi 14 ostana bölünürdüsə, molla rejiminin dövründə onların sayı əvvəlcə 28-ə, sonra 31-ə çatdırıldı.  Bu dəyişikliklər gedişində Həmədan, Zəncan, Qəzvin, Ərdəbil kimi Azərbaycan torpaqları ayrıca əyalətə çevrildi, Ərak, Savə və digər bölgələr başqa ostanların tərkibinə verildi. Həmin proses, göründüyü kimi, bu gün də davam etməkdədir. Azərbaycan adının olmadığı inzibati-ərazi vahidlərinin yaradılması paniranist məfkurənin Azərbaycan türk varlığını və kimliyini unutdurmaq üçün istifadə etdiyi məkrli vasitələrdən biridir və müxtəlif sosial-iqtisadi bəhanələr altında mərhələli şəkildə həyata keçirilir”.

Ətraflı süjetdə:

banner

Oxşar Xəbərlər