• şənbə, 31 Oktyabr, 01:39
  • Baku Bakı 17°C

Gürcüstanla Azərbaycan razılığa gəldi

31.10.26 00:18 24
Gürcüstanla Azərbaycan razılığa gəldi

Gürcüstan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi, o cümlədən Qareci monastırı və ətraf ərazi ilə bağlı məsələlər müzakirə olunub. Məsələ həm Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında, həm də iki ölkənin baş nazirlərinin ikitərəfli görüşündə müzakirə edilib.

Baş nazir qeyd edib ki, tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər. "Razılığa gəlinməyən hər bir hissəni dostcasına müzakirə etməliyik. Təxminən 15 belə hissə var və onların hamısı üzrə fəal işləməliyik", – İ.Kobaxidze bildirib.

banner

Oxşar Xəbərlər