• çərşənbə, 24 Aprel, 15:03
  • Baku Bakı 27°C

İnfeksion xəstəliklər zamanı az-az və tez-tez qidalanmaq lazımdır

20.01.23 04:45 410
İnfeksion xəstəliklər zamanı az-az və tez-tez qidalanmaq lazımdır

İnfeksion pəhriz kəskin yoluxucu xəstəlikdən əziyyət çəkənlər üçün nəzərdə tutulub. Pəhrizə enerji artıran qidalar - karbohidratlar, zülallı və vitaminli məhsullar daxildir. Pəhriz sistemini pozmamaq və qəbizliyə yol verməmək şərtilə bütün isti qidalar həmin pəhrizə şamil edilir.

AZƏRTAC xəbər verir ki, klinik diyetoloq Mehriban Səid deyib: “Kəskin infeksion xəstəliklərdə pəhriz rejimində az-az və tez-tez qidalanmaq daha çox səciyyəvidir. Nəzərə almaq lazımdır ki, qızdırma, mədə-bağırsaq infeksiyaları zamanı ishal, qusma davamlı olduğu təqdirdə orqanizmdə su itkisi baş verir, bununla yanaşı, elektroliz balansı da pozulur. Bunu qaydaya salmaq üçün bol maye və vitaminləşdirilmiş minerallarla zəngin qidaya daha çox üstünlük verilməlidir”.

İnfeksiyanın əmələ gətirdiyi xəstəliklər bütün orqanizmi əhatə edə və ya bir orqanla məhdudlaşa bilir. Diyetoloqun dediyinə görə, infeksion xəstəliklər zamanı pəhriz vaxtlı-vaxtında gözlənilməsə, ciddi fəsadlara səbəb olar. “Xəstəliyin gedişatı uzana və fəsadlaşma baş verə bilər. Məsələn, əgər mədə-bağırsaq sistemində kəskin infeksion proses gedirsə və bunu nəzərə almadan kobud və sərt qidalar təyin edilirsə, rasiona qıcıqlandırıcı qidalar daxil olursa, bu, xəstənin vəziyyətini daha da pisləşdirəcək”, - deyə diyetoloq bildirib.

İnfeksiya orqanizmdə kəskin və ya xroniki xəstəliklərin əmələ gəlməsinə səbəb olur. İnfeksion xəstəliklər zamanı pəhriz rejiminə xüsusi diqqət yetirilməlidir. Lakin pəhriz menyusunu da müəyyənləşdirərkən mütləq mütəxəssislə məsləhətləşməyə ehtiyac var.

banner

Oxşar Xəbərlər