• cümə axşamı, 28 mart, 16:28
  • Baku Bakı 16°C

Hipertoniyadan əziyyət çəkənlərin mütəxəssisə müraciət etməsi tövsiyə olunur

13.08.22 18:30 455
Hipertoniyadan əziyyət çəkənlərin mütəxəssisə müraciət etməsi tövsiyə olunur

Hipertoniya orqanizmdə qan təzyiqinin normadan yuxarı olması problemidir. Bu xəstəlik çox zaman simptomsuz keçir. Onu görə də insanlar adətən qan təzyiqinin yuxarı olduğunu hiss etmirlər. Qan təzyiqinin yüksək olması yalnız xüsusi müayinələrdən sonra aşkar edilir.

Kaspi.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, normadan yuxarı olan qan təzyiqi baş ağrısı, əzginlik şəklində özünü büruzə verir. Ağrılar ənsə nahiyəsindən başlayır. Müəyyən müddətdən sonra görmədə problemlər yarana bilər. Əgər qan təzyiqinin yüksəlməsi uzun müddət davam edərsə, hipertonik ensofalopatiya əlamətləri - ürəkbulanma, qusma ola bilər.

Hipertoniya böyrək çatışmazlığı, beyin-qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnir. Bu səbəbdən mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.

banner

Oxşar Xəbərlər