çərşənbə, 05 Oktyabr, 19:09

Baku Bakı 23°C

Hər orqanizmin suya olan tələbatı fərqlidir

icon 109 icon 13 avqust 2022 | 07:45 Hər orqanizmin suya olan tələbatı fərqlidir

Həddindən çox soyuq su içmək orqanizmin sağlamlığına mənfi təsir göstərir. Tərləyən zaman bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq yaranır. Bu zaman boğaz quruyur və soyuq su içmək istəyi yaranır. Soyuq su ilk növbədə ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Eyni zamanda həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyevin dediyinə görə, hər orqanizmin suya olan tələbatı fərqlidir: “Beynin normal şəkildə fəaliyyəti, ürək hüceyrələri, mədə bağırsaq və böyrək sisteminin normal işləməsi üçün su çox vacibdir. Bir gündə suya olan tələbat 2, 5-3 litr olur. Lakin bunu hamıya şamil etmək olmaz”.

Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından suyun əhəmiyyəti çox böyükdür. Lakin suyu qədərindən çox içmək lazım deyil. “COVID-19 pandemiyası dövründə müşahidə etdik ki, gündə 2,5-3 litr su içilməsi heç də hamıya aid deyil. Məsələn, içilən suyun miqdarı artdıqca ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin orqanizmində toplanan suyun miqdarı da artır və xəstələrdə nəfəs darlığı, təngnəfəslik kimi problemlərə aparıb çıxarır”, - deyə həkim-terapevt bildirib.