• cümə axşamı, 28 mart, 17:39
  • Baku Bakı 16°C

Hamilə qadınlar qrip əleyhinə vaksinasiya oluna bilərlər

20.01.23 02:45 420
Hamilə qadınlar qrip əleyhinə vaksinasiya oluna bilərlər

Hamilə qadınlar qrip əleyhinə vaksin vurdura bilərlər. Çünki inaktiv peyvənddir və zərərli deyil.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionisti Vasif Əliyev nazirliyin instaqram səhifəsində “Qrip və respirator viruslar” mövzusunda canlı yayım zamanı deyib.

Mütəxəssis-ekspert bildirib ki, digər peyvəndlər kimi qrip əleyhinə vaksinasiya zamanı da qızdırma, inyeksiya yerində ağrı müşahidə edilə bilər. Lakin cansız peyvənd olduğundan bu peyvənddən sonra xəstəlik əlamətləri görünmür.

“Ümumilikdə risk qrupunda olanlara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə qripə qarşı peyvənd vurdurmaq məsləhət görülür. Peyvənd tərkibindəki hər hansı bir komponentə qarşı ciddi allergiyası olanlara vaksin vurdurmaq tövsiyə olunmur. Qrip əleyhinə vaksinasiya da xəstəxana və poliklinikalarda aparıldığından yüngül allergiyası olanlar həmin peyvənddən vurdura bilərlər”, - deyə V.Əliyev qeyd edib.

banner

Oxşar Xəbərlər