• şənbə, 11 May, 07:20
  • Baku Bakı 12°C

Günəş kremləri dərinin tipinə və gündəlik fəaliyyətə görə tətbiq edilməlidir

28.04.22 14:15 351
Günəş kremləri dərinin tipinə və gündəlik fəaliyyətə görə tətbiq edilməlidir

Günəş kremindən yalnız yay aylarında istifadə olunması yanlış təsəvvürdür, çünki soyuq havalarda Günəş yerə daha da yaxınlaşır, ozon təbəqəsinin ultrabənövşəyi şüalardan qoruma funksiyası zəifləyir. Dərinin tipinə və gündəlik fəaliyyətə uyğun formadan istifadə etmək lazımdır. Məsələn, dəri yağlıdırsa, ona daha yaxşı hopan məhsullardan istifadə olunmalıdır. Kimyəvi mühafizəsi olan Günəş kremindən istifadə ediləndə onun dəriyə nüfuz etməsi və aktivləşməsi üçün bir az vaxt lazımdır. Məhsuldan tam fayda əldə etmək və zərərli şüalara məruz qalmamaq üçün xüsusilə günəşli günlərdə bayıra çıxmazdan təxminən 20 dəqiqə əvvəl qoruyucu krem tətbiq edilməlidir.

AZƏRTAC xəbər verir ki, kosmetoloq Günay İskəndərzadə deyib: “El arasında belə bir deyim var: 20 yaşında üz dərisini bizə təbiət bəxş edir, 30 yaşında isə onu həyat verir. Bu deyimdə bir həqiqət var, çünki orqanizmdə olan problemlər mütləq üzdə öz əksini tapır. Ultrabənövşəyi şüalardan və dəridə qalıcı piqmentlərdən qorunmaq üçün mütləq SPF kremlərdən istifadə edilməlidir. Mövsümdən asılı olmayaraq, krem və lasyon tətbiq olunmalıdır”.

Günəş kremi teksturasına görə nəmləndirici kimi görünə bilər və bəzən makiyaj edilməyəndə dərini təmizləməyə ehtiyac olmur. Ancaq mineral və günəşdən qoruyucu kremlər dəridə izlər buraxır. Günün sonunda dəri mütləq təmizlənməlidir.

Qısa dalğalı ultrabənövşəyi şüalar dəri yanıqlarına səbəb olur. Geniş spektrli qoruyuculardan istifadə edərək həmin şüalara qarşı tədbir görülməli və yüksək dozada qorunma təmin edilməlidir.

Günəş kremi bir tətbiqlə bütün günü keçirilən məhsul deyil, vaxt ötdükcə onların effektivliyi azalır. Əgər makiyaj tətbiq etmək lazımdırsa, yüngül teksturalı kremlər və makiyajı pozmayan poz və sprey formaları seçilə bilər.

banner

Oxşar Xəbərlər