• şənbə, 27 Aprel, 07:10
  • Baku Bakı 12°C

Gündəlik səhər yeməyi aktiv metabolik proseslərə köməklik edir

10.08.22 18:15 417
Gündəlik səhər yeməyi aktiv metabolik proseslərə köməklik edir

Müntəzəm səhər yeməyi sayəsində stres azalır, sirkadiyalı ritmlər uyğunlaşdırılır və maddələr mübadiləsi aktivləşir.

AZƏRTAC-ın “MedikForum”a istinadla verdiyi məlumata görə, gündəlik səhər yeməyinə zərurətin olduğunu izah edən həkim Natalya Zubareva qeyd edib ki, oyandıqdan sonra səhər yeməyinin ötürülməsi mədə-bağırsaq traktına təsir göstərə bilər, çünki bu halda mədə selikli qişasını zədələnməsinə qədər qıcıqlandıran mədə şirəsi və xlorid turşusu ifraz olunur. Bundan əlavə, səhər yeməyini ötürən insanlar öd və öd daşının durğunluğundan, qəbizlik, şişkinlik və disbakterioz şəklində bağırsaq hərəkətliliyində problemlərdən əziyyət çəkmək riski altındadır.

Gündəlik səhər yeməyi aktiv metabolik proseslərinə köməklik edir və buna görə də artıq çəkinin qarşısının alınması üçün vacibdir, çünki yaxşı metabolizmlə bədən gündə daha çox kalori yandırır.

"Səhər yeməyini qəbul etmədən, digər yeməklərin qəbulunda dəyişiklik olur və günortadan sonra daha çox yağlı və yüksək kalorili qidalar yemək riski artır - bu halda qida maddələri daha sürətlə piyə çevrilir", - deyə N.Zubareva bildirib.

O əlavə edib ki, səhər yeməyinə məhəl qoymamaq maddələr mübadiləsinin azalması, qan axınının pisləşməsi ilə nəticələnir, bu da tromboz riskinə səbəb olur.

banner

Oxşar Xəbərlər