• bazar ertəsi, 30 dekabr, 18:32
  • Baku Bakı 6°C

Gündə bir alma yemək yaddaş itkisini dayandırır

31.05.23 21:51 11605
Gündə bir alma yemək yaddaş itkisini dayandırır

Tərkibində alma və giləmeyvələrdə olan birləşmələrin az miqdarda olduğu pəhriz yaşla bağlı yaddaş itkisinə səbəb ola bilər.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, tədqiqatçıların müəyyən etdiklərinə görə, tədqiqatın əvvəlində düzgün qidalanmayan yetkin yaşlı insanlarda yaddaş funksiyası onlar hər gün əlavə qida qismində 500 mq flavanollar qəbul etdiklərindən sonra yaxşılaşıb.

Tədqiqatda təxminən 71 yaşı olan 3500-dən çox sağlam yetkin insan üç il ərzində 500 mg qida əlavəsi qəbul edib. Həmin vaxtlar onlar yaddaşla bağlı testdən keçib və qidalanmaya dair anket doldurublar.

Tədqiqatçılar bildiriblər ki, yaddaş göstəriciləri flavanolları qəbul edənlərdə bir qədər yaxşılaşıb, lakin bu qrupda düzgün qidalanmayan və az miqdarda flavanollar qəbul edən insanlarda ilk öncə daha əhəmiyyətli yaxşılaşma baş verib.

Bu qrupda nəticələr plasebo qəbul edən qrupla müqayisədə orta hesabla 10,5 faiz artıb, baza yaddaş ilə müqayisədə isə 16 faiz artıb.

“Flavanollar defisitdə olmadığı insanlara təsir etmir. Onlarla zəngin qida məhsullarının qəbul edilməsi həmin insanların yaddaş funksiyasını yaxşılaşdıra bilər”, - deyə həkim-nevroloq Aleksandra Alyoxina “MedikForum”a tədqiqatın nəticələrini şərh edərkən bildirib.

Nəticələrdə “rasionda flavanolların optimal, yəni gündə təxminən 500 mg miqdarda olduğu ehtimal edilir”.

“Bu, həqiqətən də əhəmiyyətli tədqiqat göstərir ki, flavanollar adlandırılan çay, kakao, alma, giləmeyvələrdə olan flavanoidlərin dozası yaddaşın yaxşılaşdırılmasına gedən əsas yoldur. Beyin sağlamlığının yaxşılaşdırılması üçün lazım olan dozaya asanlıqla nail olunur, misal üçün bir fincan çay, bir neçə porsiya giləmeyvə və alma birlikdə təxminən 500 mq təşkil edəcək”, - deyə həkim vurğulayıb.

banner

Oxşar Xəbərlər