• cümə axşamı, 25 aprel, 10:03
  • Baku Bakı 14°C

Gözlər üçün profilaktika

02.08.22 19:00 339
Gözlər üçün profilaktika

Gözün görmə qabiliyyətinin uzunmüddətli olması profilaktikanın gözlənilməsindən çox asılıdır. Həmin qaydalara isə heç də həmişə əməl edilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən həkim-oftalmoloq Aygün Rəhimzadə deyib: “Göz xəstəliklərinin qarşısını almaq üçün uşaq yaşlarından oxuma qaydalarına riayət olunmalıdır. Yəni uzanıb kitab oxumaq, qaranlıqda televizora baxmaq bu sahədə çox ziyanlı rol oynayır. Mavi işığın mərkəzi sinir sisteminə neqativ təsiri var. Qaranlıqda göz bəbəkləri böyüdüyünə görə işıq daha çox göz dibinə düşür. Ona görə normal işıqlandırılan otaqda oturmaq, qaməti düz saxlamaq, fokus məsafəsini pozmamaq və düzgün qidalanmaq gözlərin qorunmasında mühüm rol oynayır. Düzgün qidalanma deyəndə Omeqa-3-lə zənginləşdirilmiş qidaların, meyvə-tərəvəzlərin çiy halda yeyilməsi nəzərdə tutulur, çünki həmin vitamin bədəndə sintez olunmadığı üçün yalnız qida ilə almaq mümkündür. Omeqa-3 daha çox kərə yağında və cevizlərdə olur. Gündəlik normal qidalanma tələblərinə əməl olunması, gigiyenik vasitələrdən düzgün istifadə edilməsi, gözləri iltihabdan qorumaq üçün prosedurların vaxtlı-vaxtında yerinə yetirilməsi onların görməsini uzunmüddətli edə bilər.

Həkim-oftalmoloqun dediyinə görə, bəzən şəkərli diabet, arterial hipertoniyanın olması yaşlılarda çox ciddi göz dibi problemlərin yaranmasına səbəb olur: “Ona görə ilk növbədə həmin səbəbi aradan qaldırmaq lazımdır. Şəkər xəstəsi endokrinoloqun tövsiyələrinə əməl etməli, qan şəkərini normada saxlamalı, hipertoniya xəstəsi isə təzyiqinə nəzarət etməlidir ki, görmə sinirini qoruya bilsin”.

banner

Oxşar Xəbərlər