• cümə, 26 Aprel, 10:00
  • Baku Bakı 12°C

Göz qızartısı bəzən ciddi problemlərin əlaməti ola bilər

19.07.22 18:15 799
Göz qızartısı bəzən ciddi problemlərin əlaməti ola bilər

Çox vaxt ciddi hesab edilməyən, öz-özünə ötüb keçəcəyi gözlənilən göz qızartısı çox vaxt bəsit göz reaksiyaları ilə əlaqədar yaransa da, bəzən ciddi problemlərin də əlaməti ola bilər

AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Aynurə Əliyeva deyib: “Günəş şüalarının təsirindən gözdə qızartı adətən allergik konyunktivitdən əziyyət çəkənlərdə yaranır. Ona görə də Günəşdən qoruyan eynəklər və yaxud Günəşdən qoruyan xüsusi papaqlardan istifadə edilməsi məsləhətdir. Gözdə ağrı və qızartının olması gözdaxili təzyiqin yüksəlməsi əlamətidir”.

Göz qızartısını aradan qaldırmaq üçün lazım olan vasitələr barədə isə həkim-oftalmoloq bunları deyib: “İlk növbədə qızartının etiologiyasını öyrənmək lazımdır ki, diaqnostikadan sonra ona uyğun olaraq müvafiq müalicə təyin edilsin. Ən sadə halda gözə yad cisim düşməsi nəticəsində qızartı əmələ gəlibsə, onu xaric etmək üçün təmiz su ilə gözün ön səthini yumaq lazımdır”.

Uyğun olmayan eynəkdən istifadə gözətrafı ağrılara səbəb ola bilər. Həmin ağırlarla birlikdə göz qızartısı və ya görmə bulanıqlığı kimi əlamətlər varsa, gecikmədən oftalmoloqa müraciət edilməlidir.

banner

Oxşar Xəbərlər