• şənbə, 20 Aprel, 04:40
  • Baku Bakı 15°C

Gecə 6 saatdan az yatmaq peyvəndlərin effektivliyini azaldır

20.03.23 13:15 419
Gecə 6 saatdan az yatmaq peyvəndlərin effektivliyini azaldır

Yeni bir tədqiqat müəyyən edib ki, gecə 6 saatdan az yatan insanlara, xüsusilə gənc kişilərə tətbiq edilən peyvəndlərin immunitetə təsiri azalır.

AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, ekspertlər qrip və hepatit A-B-yə qarşı peyvənd edilən insanların analiz nəticələrini birləşdirərək yenidən təhlil ediblər. Araşdırma çərçivəsində 7 və 9 saat müddətində yatanlarla, 6 saatdan az yatan kişilərin antikor reaksiyaları müqayisə edilib. Nəticədə 6 saatdan az müddətdə yatan gənc kişilərə tətbiq edilən vaksinlərin immunitetə təsirinin azaldığı ilə bağlı güclü sübutlar aşkar edilib.

Eyni zamanda, qadınlarda qeyri-kafi yuxunun peyvənd təsirinin hormon səviyyələrinin dəyişməsi səbəbindən daha dəyişkən olduğu müəyyən edilib.

Araşdırmanın müəllifi, Fransa Milli Sağlamlıq və Tibb İnstitutundan həkim K.Spiegel deyib: “İmmunologiya tədqiqatlarından bilirik ki, cinsi hormonlar immunitet sisteminə təsir edir. Düzgün yuxu miqdarını ölçmək və peyvənddə cinsi hormonların rolunu müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var”.

Mütəxəssislər qeyd ediblər ki, kifayət qədər yuxu olmadığı zaman COVID-19 peyvəndlərinin effektivliyi azala bilər. Eyni zamanda, tədqiqatçılar 6 saatdan az yatmağın immunitetə mənfi təsirlərini 60 yaşdan yuxarı olan şəxslərə nisbətən 18-60 yaş qrupunda daha çox görüldüyünü müşahidə ediblər.

Çikaqo Universitetindən Eve Van Kauter: "Düzgün yuxu müddəti peyvəndin xəstəliklərdən qoruma müddətini uzada bilər. Vaksinlərin təsiri orqanizmdən asılı olaraq dəyişir, lakin insanlar düzgün yuxu rejimi ilə peyvəndlərin bədəndəki təsirinə nəzarət edə bilər”, - deyə qeyd edib.

Araşdırma "Current Biology" elmi jurnalında dərc olunub.

banner

Oxşar Xəbərlər