bazar ertəsi, 25 sentyabr, 12:45

Baku Bakı 24°C

Fiziki aktivlik bədəni depressiya, qorxu və stresdən qoruyur

icon 343 icon 05 iyul 2022 | 10:45 Fiziki aktivlik bədəni depressiya, qorxu və stresdən qoruyur

Fiziki aktivlik - enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi hərəkət qeyri-infeksion xəstəliklərin yaranma riskini azaldır. Fiziki aktivlik oynaqlar, əzələ və sümükləri möhkəm və güclü edir.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, fiziki aktivlik bədəni daha enerjili edir, depressiya, qorxu və stresdən qoruyur.

Aktiv həyat tərzi ömrü uzadır, daha sağlam və xoşbəxt yaşamağı təmin edir. Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi bir çox xəstəliyin profilaktikasında və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.