• şənbə, 20 Aprel, 14:24
  • Baku Bakı 23°C

Diyetik çayların faydasından çox ziyanı var

23.02.23 21:15 645
Diyetik çayların faydasından çox ziyanı var

Arıqlama çaylarını aptek və mağazalardan reseptsiz əldə etmək mümkündür. Həmin çaylar qaraciyər, böyrək daşı, kəskin mədə xəstəlikləri, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox təhlükəlidir.

Artıq çəkidən azad olmaq üçün həmin üsuldan bəhrələnənlərin sayı ildən–ilə artır. İstifadəçilər arasında fayda gördüyünü deyənlər də, heç bir nəticə görmədiyini söyləyənlər də var. Hətta həmin diyetik üsuldan ciddi zərər görən, səhhətində problem yarananlar da az deyil. İşbazların müxtəlif ad və dizaynda istehsal etdiyi həmin çayların insan orqanizminə çox böyük zərəri var.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Vüsalə Şükürova deyib: “Elə qida, elə çay yoxdur ki, insanı arıqlatsın. Diyetik çayların faydasından çox ziyanı var. Arıqlamağın bir yolu var ki, o da kalori çatışmazlığıdır, yəni qəbul edilən günlük kalori xərclənilən, sərf edilən kaloridən az olmalıdır. Artıq çəkidən əziyyət çəkənlərin sayı ilbəil artır. Ona görə bu sahədə fəaliyyət göstərən peşəkar mütəxəssisə müraciət edib fərdi qaydada qida rasionu tərtib etməklə tam qidalanmaqla və ac qalmadan, çay içib beyini uyuşdurmadan arıqlamaq mümkündür”.

Diyetoloqlar arıqlamaq arzusunda olanlara bir məsləhət də verirlər. Ən yaxşı pəhriz tətbiq oluna bilən pəhrizdir. Fədakarlıq öz yerində, ancaq bunu işgəncəyə çevirmək də olmaz. Diyetik çaylardan həkim məsləhəti olmadan istifadə etmək qətiyyən düzgün deyildir.

banner

Oxşar Xəbərlər