şənbə, 02 Iyul, 00:30

Baku Bakı 22°C

Diş ağrılarını azaldan təbii yollar

icon 147 icon 26 aprel 2022 | 17:50 Diş ağrılarını azaldan təbii yollar

Diş ağrısı səbəbinin aşkarlanması və müalicəsi yalnız mütəxəssis tərəfindən müəyyən oluna bilər, lakin diş həkiminə gedincəyə qədər ağrını yüngülləşdirmək üçün bəzi təbii yollar var.

Diş fırçalamaq dişdəki çürüklərdə sıxışıb qalan və ağrıya səbəb olan qalıqları aradan qaldırmağa kömək edir. Bu səbəbdən dişlərin diş sapı ilə təmizlənməsi və fırçalanması ağrını azaldır.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, sirkəli və duzlu su ilə qarqara diş ağrılarını qismən sakitləşdirir, dişi bakteriyalardan təmizləyir və damaqda yaranan şişi azaldır. Eyni zamanda diş əti və diş çürüklərində dezinfeksiya təsiri yaradır.

Uzun illər infeksiyanı müalicə etmək üçün mixək yağı və ya quru mixəkdən istifadə edilib. Diş ağrılarına qarşı xeyirli olan mixək yağı, keyidici və antiseptik xüsusiyyətlərə malikdir. Mixəyin tərkibində “eugenol” adlanan güclü maddə var. Bakteriyaları öldürən bu maddə diş pastalarının da tərkibində istifadə olunur. Quru mixək ağrıyan bölgəyə yerləşdirilib gözlənilərsə ağrı hissini azaldar. Bundan əlavə, antibakterial xüsusiyyətlərinə görə çürümüş dişin ətrafındakı zərərli bakteriyalara da təsir göstərir.

Ağrıyan diş bölgəsinə soyuq buz kompresi tətbiq etmək və ya soyuq su ilə yumaq ağrıları müvəqqəti yüngülləşdirə bilər. Diş ağrısı gecə yaranarsa, yatarkən hündür yastıqdan istifadə etmək lazımdır.