çərşənbə, 29 Mart, 13:55

Baku Bakı 18°C

COVID əlamətləri olan insanların 10 günlük təcrid olunması tövsiyə edilir

icon 255 icon 14 yanvar 2023 | 12:45 COVID əlamətləri olan insanların 10 günlük təcrid olunması tövsiyə edilir

Ümumdünya Səhiyyə Təşkilatı COVID-ə yoluxma əlamətləri olan insanların 10 gün ərzində təcrid olunmasını tövsiyə edir.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı tövsiyədə deyilir: “Biz SARS-CoV-2 simptomları olanlar üçün 10 günlük, simptomları olmayanlar üçün isə 5 günlük təcrid təklif edirik”. Təşkilat karantin müddətini azaltmaq üçün sürətli antigen testlərindən istifadəni təklif edir.

Tövsiyələr 2799 nəfərin iştirak etdiyi 12 tədqiqatın nəticələrinə əsaslanır.