• cümə, 26 Aprel, 08:12
  • Baku Bakı 12°C

Cirə mətbəxdə ən çox işlədilən ədviyyatlardan biridir

19.07.22 18:45 910
Cirə mətbəxdə ən çox işlədilən ədviyyatlardan biridir

Cirə Azərbaycan mətbəxinin ən sevimli və ən çox işlədilən ədviyyat bitkilərindəndir. Vətəni Hindistan olan bitki yetişdiyi bölgənin torpağından asılı olaraq öz dadı ilə fərqlənir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, eramızdan 5 min il əvvəl nəinki yeməklərdə və tibdə, hətta Misirdə cirədən nəşləri mumiyalamaq üçün istifadə olunurmuş.

Cirə yağı və onun komponentləri ətriyyat, qida və əczaçılıqda, meyvələri tibb və qida sənayesində, heyvan və quşların yemləndirilməsi üçün istifadə edilir. Onun meyvələrini yetişməyə az qalmış toplayırlar.

Xalq təbabətində cirə meyvəsi çay kimi dəmlənib soyuqdəymə zamanı içilir, astmanın qarşısını alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliyinin müalicəsində dərman kimi də faydalıdır.

Qurudulmuş toxumlarından istər bütöv, istərsə də üyüdülmüş şəkildə istifadə olunması həzm sistemini stimulyasiya edir. Müasir tibdə isə cirə qan azlığı və nəfəs darlığında, immun sistemini qorumaq üçün istifadə olunur. Cirənin ən gözəl xüsusiyyətlərindən biri göbələk əleyhinə istifadə olunmasıdır. Ağciyərlərdə göbələk xəstəliyi zamanı inhalyasiya üçün də cirənin efir yağları tətbiq edilir.

Cirə qaraciyər və öd funksiyasını yaxşılaşdırır, başağrısını azaldır, sakitləşdirici xüsusiyyətə malikdir, immun sisteminə müsbət təsir göstərir, orqanizmi təmizləyir, arıqlamağa kömək edir. Lakin xroniki mədə-bağırsaq xəstəlikləri və hamiləlik zamanı onu içmək tövsiyə edilmir.

banner

Oxşar Xəbərlər