• cümə, 29 Mart, 11:31
  • Baku Bakı 5°C

Bu insanlarda psixoloji problemlərin yaranma riski azdır

25.02.23 16:45 502
Bu insanlarda psixoloji problemlərin yaranma riski azdır

Vaşinqton Dövlət Universitetinin tədqiqatçıları təbiətə - meşə, park, su hövzələri, çaylara daha yaxın ərazilərdə yaşamağın yaşlı insanlarda ciddi psixoloji problemlərin yaranma riskini azalda biləcəyini deyib. Beynin zədələnməsinə gətirib çıxaran müxtəlif xəstəliklər və travmalar demensiya yaradır. Xəstəliyi yaradan amillər sırasında yaş mühüm rol oynayır.

AZƏRTAC StudyFinds saytına istinadla bildirir ki, psixoloji problemlər bu xəstəlikdən əziyyət çəkən insanların işdə, məktəbdə və digər sosial çevrədə iştirak etmək qabiliyyətinə mənfi təsir göstərir.

Tədqiqatın müəllifləri layihə çərçivəsində ABŞ-ın Vaşinqton ştatında yaşayan 65 yaşdan yuxarı ümumilikdə 42 min 980 nəfəri tədqiq ediblər. İştirakçıların 70 faizi yaşıl sahələrin yarım mil məsafəsində yaşayıblar.

Vaşinqton Dövlət Universitetinin professoru Solmaz Amiri psixoloji xəstəliklər və demensiya kimi problemlərin effektiv müalicəsinin olmadığını bildirib: “Bu kimi xəstəliklərin dəqiq müalicə üsulları olmadığı üçün problemin yaranmasının qarşısının alınma metodlarını araşdırmalıyıq. Aparılan tədqiqatda parklara, meşələrə, çaylara daha yaxın ərazilərdə yaşayan insanların psixi sağlamlığı müşahidə edilib".

Tədqiqat qrupu əvvəlcə iştirakçıların yaşadığı bölgələri dəqiq müəyyən ediblər, daha sonra hər bir iştirakçı psixologiyasını qiymətləndirən sorğunu tamamlayıb. Anketlərdə iştirakçılara depressiya və psixoloji narahatlıq əlamətlərini nə qədər tez-tez hiss etdiklərini soruşan altı sual yer alıb. Tədqiqatçılar testdə 13-dən yuxarı bal toplayan iştirakçıların ciddi psixoloji narahatlıq keçirdiklərini hesab ediblər. Bu da iştirakçıların iki faizini təşkil edib. Təbiətə yaxın bölgələrdə yaşayan insanların ciddi psixoloji narahatlıq riski həmin ərazilərdən uzaqda yaşayan insanlarla müqayisədə 17 faiz az idi.

banner

Oxşar Xəbərlər