• cümə, 29 Mart, 19:37
  • Baku Bakı 14°C

Bişirilən balıq məhsullarını növbəti gündə qəbul etmək tövsiyə olunmur

20.03.23 10:45 484
Bişirilən balıq məhsullarını növbəti gündə qəbul etmək tövsiyə olunmur

Novruz bayramında hazırlanan şirniyyatlar şəkərlə daha zəngindir. Düzgün şəraitdə saxlanarsa, şəkərlə daha zəngin olan qidaların saxlanma müddəti uzun olur. Yüksək şəkərli, karbohidratlı məhsulları – paxlava, qoğal, şəkərburanı quru şəraitdə, qaranlıq yerdə saxlamaqla uzun müddət qəbul etmək olar.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayımda deyib.

“Lakin bayram süfrəsində yer alan balıq məhsulları həmin gün yeyilməlidir. Bişirilən balıq yeməklərini bayramın sabahı gününə saxlamaq tövsiyə olunmur. Ümumiyyətlə tez xarab olan məhsulların eyni gündə, daha konkret 4-6 saat ərzində yeyilməsi məsləhət görülür”, - deyə E.Məmmədov bildirib.

banner

Oxşar Xəbərlər