• cümə axşamı, 25 aprel, 01:09
  • Baku Bakı 19°C

Bir çox xəstəliyə çarə olan bitki – Bağayarpağı

28.04.22 13:45 512
Bir çox xəstəliyə çarə olan bitki – Bağayarpağı

Azərbaycanda yabanı halda bitən bağayarpağının 13 növü var ki, onlardan 7-si təbabətdə işlədilir. Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Əksəriyyəti çoxu alaq otudur. Bağayarpağı qiymətli bitkilərdən hesab olunaraq, xalq təbabətində geniş tətbiq edilir.

Həkim-fitoterapevt Füzuli Hüseynov AZƏRTAC-a açıqlamasında xalq təbabətində bağayarpağının istifadə üsullarından danışıb. Bildirib ki, gec sağalan yaraların, həmçinin qastrit, zob, bronxit və şəkər xəstəliklərinin müalicəsində bu bitkidən istifadə olunur.

Gec sağalan yaralarda - əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik xoralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar varsa, belə bir reseptdən istifadə edə bilərsiniz: bağayarpağının təzə yarpaqlarını dərin, yuyun, üstünə inək yağını çörək üzərinə çəkilən yağ kimi çəkin, sonra dürmək kimi bükün. Nazik məftillə bağlayın ki, açılmasın, sonra yanmayan folqaya bükün və közün içinə basdırın (və ya 50-60 dərəcə sobada 20 dəqiqə saxlayın). 20 dəqiqədən sonra yarpaqları folqanın arasından çıxarın, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin. Xatırladım ki, bu reseptdən çöl şəraitində yaşayan insanlar və əsgərlərimiz istifadə edə bilərlər.

Qastritdə və kolitdə - qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur, stəkana tökülür, üstünə yarım stəkan təmiz su əlavə olunub blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir və ya təzə bağayarpağı dərilir, yuyulur 2 saat suda saxlanılır, sonra şirəçəkəndən keçirilir, şirəsi çıxarılır. Gündə üç dəfə istifadə edildikdə bağayarpağının tərkibində olan bioloji aktiv maddələr sürətlə yaranın sağalmasına səbəb olur.

Zob düyünlərində - zob düyünlərini əritmək üçün bağayarpağı yığılır, ətçəkən maşından keçirilir və zobun üstünə qoyulur. Belə sarğını gündə 1 dəfə qoyub 2-4 (dərinin həssaslığından asılı olaraq əgər səpgi verməsə 4 saat saxlaya bilərsiniz) saat müddətində saxladıqda, zob düyünləri əriyir.

Babasildə - 0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat blenderdə xırdalanmış təzə bağayarpağı, yenə bir qat yağ və bağayarpağı sıra ilə tökülür, çalışın qatların qalınlığı 1 santimetrdən çox olmasın və ən axırıncı sıra yağ olsun. Qışda qızdırıcının üstündə, yayda günəş görən pəncərədə 1 həftə saxlayın. Sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin, babasil düyünləri əriyəcək.

Daban mahmızında - daban mahmızı varsa, axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban altına qoyulur, 3-4 saat (və ya yatanda ayaq altına bağlanılır səhərə qədər) saxlanır. Səhərlər isə axşama qədər 1 ədəd enliyarpaq bağayarpağı daban üzərinə qoyulur, nazik tənziflə bağlanır və corab geyilir. Bunu gündüzlər 3-4 saat saxlamaq faydalıdır.

Şəkər xəstəliyində - bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bağayarpağı tozu bir stəkan qatıq və ya kefirə qarışdırılaraq yeyilir (və ya 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir).

Bronxitdə - enliyarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan suda və ya süddə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.

banner

Oxşar Xəbərlər