• cümə, 21 Iyun, 18:07
  • Baku Bakı 28°C

Bayram şirniyyatlarını yeməzdən əvvəl limonlu və ya sirkəli su içmək mədə üçün zərərlidir

20.03.23 11:45 552
Bayram şirniyyatlarını yeməzdən əvvəl limonlu və ya sirkəli su içmək mədə üçün zərərlidir

Bayram şirniyyatlarını qəbul etməzdən əvvəl limonlu, sirkəli su içmək çox yanlış və zərərli təklifdir. Həmin pasiyentlər gec-tez ya reflüks xəstəliyindən əziyyət çəkəcəklər, ya da mədədə turşuluğun yüksəlməsi ilə gedən qastritə gətirib çıxaracaq. Mədə yarası, helikobakter pilori, onikibarmaq bağırsaq xorası olanlarda isə kəskinləşmə qeydə alınacaq. Odur ki, qətiyyən məsləhət görməzdim. Çünki onun şəkəri azaltmaqda, qəbul edilən kaloriləri məhdudlaşdırmaqda heç bir əhəmiyyəti yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayımda deyib.

Ekspertin sözlərinə görə, soda və ya sodalı içkilərin qida qəbulu ilə paralel içilməsi tövsiyə olunmur. Çünki sodalı su mədə möhtəviyyatını, yəni mədənin turşuluğunu neytrallaşdıraraq həzm prosesini ləngidir: “Əgər biz qarışıq qidalar qəbul edəcəyiksə və onlarda da hansısa qida toksiki infeksiyası varsa, bizi qoruyan mədə turşuluğunu neytrallaşdırmaqla qoruyuculuğu da neytrallaşdıracağıq. Həmin pasiyentlər bayram süfrələrində daha çox zəhərlənmə halları ilə üz-üzə qala bilərlər”.

banner

Oxşar Xəbərlər