• şənbə, 20 Aprel, 06:53
  • Baku Bakı 14°C

Badam iştahanı azaldır və daha az yeməyə kömək edir

03.12.22 12:00 451
Badam iştahanı azaldır və daha az yeməyə kömək edir

Rasiona badamın daxil edilməsi iştahaya daha yaxşı nəzarət etməyə və yüksək kalorili qidaların həcmini azaltmağa kömək edir. Bu, alimlərin yeni araşdırmasının nəticəsidir.

Cənubi Avstraliya Universitetini təmsil edən elmi mütəxəssislər badamın arıqlama və sağlam çəkinin qorunub saxlanması üçün faydası barədə nəticəyə gəliblər. AZƏRTAC xəbər verir ki, bu layihə barədə “European Journal of Nutrition” jurnalında məlumat verilir.

Tədqiqat aparan alimlər müəyyən ediblər ki, badam iştahanı azaldır və daha az yeməyə kömək edir.

“30-50 qram badamın istehlakı növbəti qida qəbulunun kaloriliyini azaltmağa kömək edir”, - deyə araşdırmanın müəllifləri qeyd ediblər.

Onlar tərəfindən aparılan sınaqlarda 140 nəfər iştirak edib. İnsanlar iki qrupa bölünüb. Birinci qrup iştirakçıları səhər acqarına bir ovuc badam, ikinci qrup iştirakçıları isə karbohidratlı qəlyanaltı qəbul ediblər. Sonda (30 dəqiqə sonra və bir və iki saat sonra) könüllülərdə qanda hormonların tərkibi yoxlanılıb. Daha sonra alimlər hər iki qrup iştirakçılarının qidanı necə qəbul etdiklərini müşahidə ediblər.

Tədqiqatçılar aşkar ediblər ki, badam qəbul edən insanlarda mədəaltı vəzinin qlükagon polipeptid konsentrasiyası artır, bunun sayəsində isə həzm yavaşlayır, beyin doyma siqnallarını daha sürətli alır və iştaha da azalır. Badamla qəlyanaltı etdikdən sonra sınaqda iştirak edənlər daha az yeməyə başlayırdı – növbəti yemək qəbulu orta hesabla 70 kalori itirib.

Alimlər badamın təsirini protein, lif və doymamış yağ turşularının zəngin tərkibi ilə əlaqələndirir.

Mütəxəssislər hesab edirlər ki, “Müntəzəm olaraq badamın qəbul edilməsi iştahaya daha yaxşı nəzarət etmək və böyük həcmdə yüksəkkalorili yeməklərdən imtina etməyə imkan verir”.

banner

Oxşar Xəbərlər