• cümə, 26 Aprel, 19:00
  • Baku Bakı 22°C

Yaponiya Tokio-2020-nin təxirə salınmayacağını açıqladı

27.02.20 12:22 1007
Yaponiya Tokio-2020-nin təxirə salınmayacağını açıqladı
Yaponiya hökumətinin sözçüsüYosihide Suqa Beynəlxalq Olimpiya Komitəsinin (İOC) nümayəndəsi Dik Paundun koronavirus epidemiyasına görəTokio Olimpiadasının təxirə salına biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Report"un məlumatına görə, o,Tokio-2020-yə hazırlığın plan üzrə davam etdiyini söyləyib: "İOC Paundun açıqlamalarının rəsmi olmadığını və Olimpiadaya hazırlıqların planlaşdırılmış qaydada davam etdiyini bizə bildirib".
Qeyd edək ki, D.Paund koronovirusa görə olimpiadanın keçirilib-keçirilməməsinə yarışın başlamasına iki ay qalmış qərar veriləcəyini söyləyib. İyulun 24-də start götürəcək Tokio-2020 avqustun 9-da başa çatacaq.
banner

Oxşar Xəbərlər