• cümə axşamı, 25 aprel, 18:35
  • Baku Bakı 21°C

Vladimir İviç: "Zirə" ilə oyunadək görüləsi işlər çoxdur"

06.07.22 14:00 581
Vladimir İviç: "Zirə" ilə oyunadək görüləsi işlər çoxdur"

"Zirə" və Netaniya "Makkabi"si ilə oyunadək görüləsi işlər çoxdur".

"Report"un məlumatına görə, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) klubunun baş məşqçisi Vladimir İviç deyib.

45 yaşlı mütəxəssis fiziki hazırlığı artırdırmalı olduqlarını bildirib: "Əlimizdən gələni edirik, futbolçular çox çalışır. Azərbaycan təmsilçisi ilə matça təxminən bir ay qalmış hazırlığa başladıq. Hazırda bəzi oyunçuları qorumalıyıq".

Serbiyalı baş məşqçi təlim-məşq toplanışını başa vuraraq İsrailə qayıdacaqlarını söyləyib: "Orada çempionat və Konfrans Liqasındakı matçın hazırlıqlarına yönələcəyik. Bizi avrokuboklarda çətin mübarizə gözləyir".

Qeyd edək ki, "Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. "Dalğa Arena"dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

banner

Oxşar Xəbərlər