Ukraynalıya nasist dedilər, komandası meydana çıxmadı

Ukraynalıya nasist dedilər, komandası meydana çıxmadı

İdman
16 Dekabr 2019, 11:22 160
İspaniya Sequndasında qalmaqal yaşanıb. 
 
Kaspi.az xəbər verir ki, "Albaseta”nın ukraynalı futbolçu Roman Zazuli "Rayo Valyekano” ilə qarşılaşmada azarkeşlərin təhqiri ilə üzləşib. Fanatlar qarşılaşmanın ilk hissəsində ukraynalı futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib, onun nasist adlandırıblar. 
 
Komanda yoldaşları futbolçunu müdafiə ediblər və ikinci hissədə meydana çıxmayıblar. Məsələ ilə bağlı "Albaseta”nın bəyanatında deyilir: "Biz qarşılaşmaya çıxmaqdan imtina etdik. Bunu idmanın dəyərini qorumaq üçün etdik”. 
 
Zozuli Donbasda hərbi əməliyyatlar aparan Ukrayna ordusunu müdafiə etdiyi üçün belə münasibətlə üzləşib.