• çərşənbə axşamı, 23 aprel, 22:01
  • Baku Bakı 20°C

“Son vaxtlar lap ağ edib”

19.05.20 13:00 741
“Son vaxtlar lap ağ edib”
Fransa çempionatının yarımçıq dayandırılması ilə bağlı qərar verildikdən sonra bir sıra klub rəhbərləri federasiyanı kəskin tənqid edir.
Kaspi.az xəbər verir ki, "Lion”un prezidenti Jan-Mişel Olyas federasiya rəhbərliyini daha sərt tənqid edir. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre onun tənqidlərinə münasibət bildirib:
"Biz bir-birimizi çoxdan tanıyırıq. O, mənim necə getdiyimi, mən də onun necə getdiyini görürəm. Digər tərəfdən, o, hərdən klubunun mənafeyini olduqca emosional tərzdə müdafiə edir.
Son vaxtlar isə lap ağ edib. Mən ona bununla bağlı ya telefonla, ya da mətbuat vasitəsilə xəbərdarlıq edəcəyəm. Ancaq o, Çempionlar Liqasında oynamaq istəyilə yaşayır”.
Çempionat yarımçıq dayandırıldığı üçün 7-ci pillədə qərarlaşan "Lion” avrokuboklara vəsiqə əldə edə bilməyib.
banner

Oxşar Xəbərlər