• cümə axşamı, 25 aprel, 15:54
  • Baku Bakı 23°C

Siyasi partiyalar ümummilli xarakterli məsələlərdə bir araya gələrək ortaq addım atırlar

17.06.21 21:00 273
Siyasi partiyalar ümummilli xarakterli məsələlərdə bir araya gələrək ortaq addım atırlar
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ümummilli xarakterli məsələlərdə bir araya gələrək ortaq addım atırlar.
BunuAZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Partiya sədri qeyd edib ki, Prezident Administrasiyasında müvafiq şöbə yaradıldıqdan sonra siyasi partiyaların koordinasiyası işi çox yüksək səviyyədə təşkil olunmağa başlayıb. Hər kəs öz mövqeyində qalmaqla milli məsələlərdə partiyaların bir mövqedən çıxış etməsi ənənə halı alıb. Biz bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. İndi də ümummilli xarakter daşıyan məsələlərdə siyasi partiyalar bir araya gələrək ortaq addım atırlar. Şuşa Bəyannaməsi də həmin ənənənin müsbət xarakterini göstərdi.
Şuşa Bəyannaməsinin tarixi qərar olduğunu vurğulayan F.Mustafa deyib: "Sənədin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəyə qalxdığını göstərən hadisədir. Partiyalar Bəyannamənin siyasi dəyərini anlayaraq, öz mövqelərini ortaya qoydular. Bu, müsbət tendensiyadır”.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar iyunun 16-da bəyanat yayıblar.
banner

Oxşar Xəbərlər