Səslə yox, ürəklə oxumaq...
1624
10 iyun 2020 | 14:15
İsmayıl Zeynalov: "Hər
şeyi taleyin ixtiyarına buraxmaq istərdim”
Karantin günlərində
ölkənin virtual mədəniyyət xəbərlərini gözdən keçirərkən iki gənc oğlanın
onlayn-konserinə rast gəldim. Onları – vokalçı İsmayıl Zeynalov və pianoçu
Müşfiq Quliyevi bir dəfə Bakı Mədəniyyət İdarəsinin #bizbirlikdegucluyuk
#evdeqal #senetinledestekle layihəsində də dinləmişdim. Bu dəfə isə çox uğurlu
bir layihəylə qardaş Türkiyədə improvizasiyalı canlı konsertdə çıxış edirdilər.
Gənc ifaçıların repertuar seçimi onların ciddi bədii və incə musiqi zövqündən xəbər
verir. Çünki ifa etdikləri bütün mahnılar milli mahnı yaradıcılığımızın qızıl
xəzinəsinə daxildir. Bununla yanaşı, hər bir mahnı İsmayılın özünü təqdim
etməsi, ürəyini açması və oxuculara estetik və emosional zövq verməsidir.
Kimisə təkrarlamaq, yamsılamaq istəyindən uzaq olması (lap elə atası Azər
Zeynalovu olsun), seçilməyə can atmaması xüsusilə onu dəyərli edir. Onun ifası təbiidir, lirik və ürəkdən
gələndir. Sanki özü üçün və ya bəlkə də sevgilisi üçün oxuyur...
Bakı Mədəniyyət
İdarəsinin layihəsi çərçivəsində İstanbuldakı konserti baxanda qırx dəqiqə
ərzində yuxarı yaşlı təbəqədən olan seyirçilərin keçən əsrdə yaşadıqları həyatı
dinlədikləri duyulurdu. Çünki ifa olunan bütün mahnılar demək olar ki, yarım
əsr əvvəl yazılıb. Bu günün gərgin vaxtına nostalji ab-hava qatdılar.
İstanbulda olan
İsmayıl Zeynalovla əlaqə saxlayıb yaradıcılığı və gələcək planları barədə
danışa bildik.
– Mənim üçün bunu elə
də ciddi əhəmiyyəti yox idi ki, o sənədli film çəkir, yoxsa bədii, – deyir İ.
Zeynalov, – onun tələbələri hazırlıq və inkişaf metodikası özünü dorğuldurdu.
Buna görə də mən seçimimi bizə həyat dərsi keçən və müəllim-tələbə arasında
dərin münasibətlərə nümunə olan L.Kulyoşovun tələbəsi Yalçın müəllimin
üzərində saxladım. Təəssüf ki, biz onu
bu yaxınlarda itirdik. Onun gedişiylə həyatımda sanki böyük bir boşluq yarandı. O, əsl ustad idi, ondan çox şey
öyrənmişdim.
Mənim diplom işim,
eyni zamanda həm də dövlət sifarişi idi. "Yaddaş” studiyasında Azərbaycanın
Milli qəhrəmanları haqqında sənədli filmlər çəkilirdi. Salatın Əsgərova
haqqında olan filmi mən çəkdim. Film üzərində işləyərkən şair Ramiz Rövşənə
müraciət etdim. Artıq ssenarini artıq onunla birgə işlədik. Film bir çox
telekanallarda efirə getdi və mənim bu diplom işimin dövlət sifarişi statusu
almasına görə çox sevinirdim.
İndi bu film
Mədəniyyət Nazirliyinin Dövlət Film fondunda
saxlanılır. Qeyd etməliyəm ki, "Yaddaş” studiyası sırf sənədli filmlər çəkir, mənim filmimsə
janrına görə bədii-sənədli alındı, bu da özlüyündə yenilik idi. Bu filmlə mən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fərqlənmə diplomu ilə
məzunu oldum. Və dərhal sonra sənədlərimlə bu filmi Türkiyəyə göndərdim.
– Siz niyə konematoqraf təhsilinizi məhz
Türkiyədə davam etdirmək qərarına gəldiniz? Təhsilin bu sferasında hansı
fərqlər var?
– Mən Türkiyəni bu
istiqamətdə daha geniş və dərin təhsil olmaq üçün seçdim. Yalçın müəllim məni o
vaxtlar dəstəklədi. Magistraturaya qəbul bakalavrlarla müsahibə yolu ilə baş
tutur. Lakin mən Universitet rəhbərliyində rəğbət oyadan təqdim etdiyim işimə
görə imtahansız qəbul olundum. Universitetin ən gənc magistri idim. Sən demə
xaricdə magistraturaya bizdəki kimi dərhal bakalavrdan sonra deyil, seçdiyin
ixtisas üzrə bir neçə il işləyib, uğur qazanandan sonra qəbul olunurmuşlar.
Tələbə yoldaşlarımdan çoxunun 30, 40, hətta 52 yaşı olan vardı. Mənimsə cəmi 21
yaşım vardı. Bilgi Universiteti Amerika ali təhsil müəssisəsinin filialı kimi yaradılmışdı.
Tələbələrin ixtisas, pedaqoq və fənn seçiminə xüsusi önəm verirdi. İki
il müddətində müxtəlif fənlər, konematoqraf ixtisası üzrə ciddi biliklər əldə
etdim. Bizim universitetdə montaj dərsləri 3-cü kursdan başlayırdı. Halbuki
bunu bizə şpaqa oynatmağı öyrətdikləri 1-ci kursdan başlamaq lazım idi. Bunun
düzgün olmadığını hesab edirəm. Lazımsız fənlər tədricən tələbələrdə oxumaq
şövqünə öldürərək aylar və hətta illər boyu uzanırdı. Təsəvvür edin ki,
tələbələr birinci kursda özünü Xalq artisti, ikinci kursda Əməkdar artist, üçüncü
kursda isə ondan da aşağı, dördüncü kursda isə məyusluq hissi keçirir və vaxt
itkisinə düçar olduqlarını başa düşürdülər. Ona görə də, düşünürəm ki, sənətdə qızıl
ortanı tapmaq lazımdır. Amma buna baxmayaraq, özüm vaxtımın çox hissəsini
çəkiliş meydançasında keçirir, lazım olan şeyləri orda öyrənirəm. İki il əvvəl
– 2018-ci ildə magistraturanı bitirdim.
– Hazırda Türkiyədə nə işlə məşğulsunuz?
– Magistraturanı
bitirdikdən sonra qardaşımla Bakıya döndüm. "Qaranlıq” filmini çəkdik. O, filmin
ssenari müəllifi və quruluşçu rejissoru, mən isə quruluşçu operatoru oldum. O
zamanlar Bakıda "Məhəllə-3”
filmi çəkilirdi və məni ora quruluşçu-rejissor kimi dəvət etmişdilər.
O ki qaldı İstanbulda
indiki fəaliyyətimə, qeyd etməliyəm ki, təhsil aldığım zaman çox yaxşı dostlar
qazandım. Və o tələbə yoldaşlarım, müəllimlərimlə indiyə qədər çox yaxın
münasibətdəyəm. İstəyirəm ki, burada peşəkar təcrübəmi daha da inkişaf etdirim.
– Türkiyə kinematoqrafçılarla
ortaq layihələriniz varmı?
– Hazırda yoxdur.
Amma bir türk kompaniyası ərəb telekanalı "Əl-Cəzirə” üçün arabesk musiqisinin
tarixindən sənədli film çəkir. Filmin quruluşçu-operatoru mənəm. Bu yaxınlarda
musiqinin bu janrıyla bağlı müxtəlif reportajlar hazırladıq. Onlardan biri
məşhur müğənni Orxan Gəncəbay idi. Türkiyənin peşəkar kinematoqrafçıları ilə
işləmək mənim üçün çox xoşdur. Və mən bu istiqamətdə işlərimi davam etdirmək
istəyərdim.
– Sizin kinematoqrafiya sahəsindəki uğurlarınıza
sevinirik. Bəs sizin vokalçılıq fəaliyyətiniz necə oldu? İnternetdə
çıxışlarınızı dinləyəndə, insanların gözəl rəylərini oxuyanda musiqinin
yaradıcılıq maraqlarınızın dairəsindən kənar olduğuna inanmaq olmur.
– Qeyd etmək istərdim
ki, musiqi məndə həvəslə yox, daha çox genetikayla bağlıdır. Mən musiqi
sədaları altında doğulub böyümüşəm. Və buna görə də musiqi mənim həyatımın
təbii olaraq bir hissəsidir. Mən hətta deyərdim ki, musiqi anlayışım
kinematoqrafik sahədə özünü göstərir. Filmin kadrlararası və kadrarxasında mən
musiqili düşüncələrə dalıram. Bundan başqa, musiqi bilikləri montaj vaxtı da
çox kömək olur. Axı filmin əsas hissələrindən biri də ritm və tempdir ki, onu
da düzgün qurmaqdan, saxlamaqdan ötrü ən azından musiqini bilmək, hiss etmək
lazımdır. Bunu da deyim ki, atam kinorejissor olmaq arzusunda imiş. Hesab
edirəm ki, mən həm özümün, həm də onun arzusunu yerinə yetirirəm. Bu mənə
sevinc və fəxarət hiss verir.
– İsmayıl, siz vokal dərsləri almısınızmı?
– Fortepiano üzrə 7
illik musiqi təhsili alsam da, vokalla məşğul olmamışam. Lakin bir halda ki
Azər Zeynalovun oğluyam evdə atam hər zaman məşq edir, öz üzərində işləyir,
konsertlərə hazırlaşırdı deyə mən də istər-istəməz vokalın bəzi qaydalarını
öyrənmiş, düzgün ifa tərzinə yiyələnmişəm. Yeni mahnı üzərində işləyəndə həmişə
atamın məsləhətlərindən istifadə etmişəm. Pianoçu Müşfiq Quliyevlə çoxdan
dostuq. Aradabir Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov və s. kimi
korifeylərimizin repertuarından mahnılar seçir, ifa edirik. R.Mirişlininin "Bir
könül sındırmışam”, S.Kəriminin "Gecikmiş məhəbbət” mahnıları sosial mediada
dinləyicilərimiz tərəfindən çox yaxşı qarşılandı. Bu uğur bizi H.Xanməmmədovun
"Aldatmayaq bir-birimizi” və s. kimi mahnıları ev şəraitində canlı akustik
yazmağa ilhamlandırdı. Mahnı janrından ən çox sevilənləri seçdim və bununla həm
o, həm də mahnı janrının klassik əsərlərinə münasibətimi göstərmək istədim.
Bundan sonra bizə bir çox vokal müsabiqələrin iştirakçısı, estrada müğənnisi
Tomris Naibli də qoşuldu. Onunla Sevda Ələkbərzadənin ifa etdiyi "Ulu vətən”
mahnısının kaver versiyasını da ifa etdik. Bu mahnıya mən hətta klip də çəkdim. Rejissoru mən, assisent
isə qardaşım oldu.
– Bəs necə oldu Bakı Mədəniyyət idarəsinin
#bizbirlikdegucluyuk#evdeqal#senetinledestekle aksiyasına qoşuldunuz?
– Müşfiqlə Türkiyənin
Maramara Universitetində 30 ildən çox çalışan azərbaycanlı pianoçu Aytac
Rzaquliyevayla tanışlığımızdan sonra oldu. Onunla ilkin olaraq Müşfiq görüşdü.
Əvvəlcə onu, sonra isə duetimizi dinlədi. Aytac xanım bizi özünün bədii-musiqi
mərkəzi olan "Hoş atolya”ya ev konsertləri vermək üçün dəvət etdi. Orada
nəyinki azərbaycanlılar, həm də Azərbaycan musiqisinin türk fanatları da
toplaşırdılar. Əksəriyyəti böyük musiqi zövqünə malik insanlar idi. Onların
arasında dahi bəstəkar Qara Qarayevin qızı Züleyxa xanım Qarayeva-Bağırova da
vardı. Biz bu çıxışlara böyük məsuliyyətlə yanaşırdıq. Həm də çox həyəcan
keçirirdik. Konsertlərimiz publika tərəfindən çox isti qarşılanırdı. Bir dəfə
məşq zamanı təşkilatçılar daha bir konsert verməyimizi təklif etdi. Yerlərin
məhdudluğundan konserti izləmək istəyən bir çox insan gələ bilməmişdi. Yəni
bizim çıxışlarımız çox gözəl rezonans doğurmuşdu. Bizi karantin dövründə canlı
yayımlanan bu konsertlərə görə tanıdılar, sevdilər. Daha sonra çıxışlarımızı
Bakı Mədəniyyət İdarəsinin əməkdaşları da gördülər. Və xüsusi sosial izolyasiya
rejimi qaydaları şəraitində evdən konsertlər verməyə başladıq.
– Bir halda ki ifanız publikanın müsbət
reaksiyasını qazanır, niyə konematoqrafik fəaliyyətinizlə yanaşı vokal
fəaliyyətiniz də davam etdirməyəsiniz ki?
– Musiqi, əlbəttə ki,
həmişə mənim yanımda, mənim özümdə olub. Lakin həyatımda və işimdə prioritet
olub-olmayacağını bilmirəm. Bunu zaman göstərər. Nəyisə əvvəldən planlaşdırmağı
sevmirəm. Həyatımda baş verən bütün gözəl hadisələr gözlənilmədən, əvvəlcədən
planlaşdırılmadan baş verib. Ona görə də heç nə demək istəmirəm, mən hər şeyi
taleyin ixtiyarına buraxmaq istərdim.
– Maraqlı müsahibəyə görə təşəkkür edirəm. Çoxşaxəli fəaliyyətinizdə
sizə uğurlar diləyirəm.
Söhbətləşdi: Afət İslam
Tərcümə etdi: Xanım Aydın