• cümə axşamı, 25 aprel, 13:01
  • Baku Bakı 23°C

Ruslar 1 milyon avro verdilər, türklər “yox” dedilər

03.06.20 17:13 833
Ruslar 1 milyon avro verdilər, türklər “yox” dedilər
Rusiyanın ÇSKA klubu "Beşiktaş”ın hücumçusu Larini transfer etmək istəyir.
Kaspi.az xəbər verir ki, ruslar "Beşiktaş”a rəsmi təklif də göndəriblər. Onlar futbolçu üçün 1 milyon avro verməyə hazır olduqlarını bildiriblər.
Ancaq türklər bu təklifdən imtina ediblər. amma tərəflər arasında müzakirələrin davam etdiyi bildirilir.
25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Belçika "Sulte-Varegem”ində keçirib. Müqavilənin şərtlərinə görə, Belçika klubu iyunun sonuna qədər 2,5 milyon avro ödəsə, futbolçunu ala bilər.
Kanadlı futbolçunun "Beşiktaş”la müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Məlumata görə, ruslar ona ildə 1,7 milyon avro məvacib vəd ediblər.
O, Belçika çempionatında keçirdiyi 29 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər